Ukrayna Azərbaycan nefti almaq istəyir

Ukrayna Azərbaycan nefti almaq istəyir

Azərbaycan və Ukrayna Azərbaycan neftinin Ukrayna neft emalı müəssisələrinə tədarükünün təşkili və Avropa ölkələrinə tranziti perspektivlərini müzakirə ediblər.


Wsemir.com bildirir ki, bunu Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri Gennadi Zubko Ukrayna-Azərbaycan İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın XI iclasında deyib.

Onun sözlərinə görə, hazırda bunun üçün Ukraynada bütün zəruri texniki imkanlar yaradılıb: "Bundan başqa, Azərbaycanın Ukraynanın neft-qaz sahəsinə sərmayə qoyması imkanlarını müzakirə etdik".



OXŞAR XƏBƏRLƏR