Uğur Şahindən XƏBƏRDARLIQ: “Üçüncü doza peyvənd tətbiq edilməsə...”

Uğur Şahindən XƏBƏRDARLIQ: “Üçüncü doza peyvənd tətbiq edilməsə...”
"İkinci doza vaksin şiddətli xəstəliklərə qarşı müdafiə təmin edir, ancaq peyvəndin üçüncü dozası xəstəliyin yayılmasını tamamilə dayandıracaq”.
 
Sfera.az xəbər verir ki, bunu koronavirus peyvəndi hazırlayan, BioNTech-in qurucularından olan prof. dr. Uğur Şahin deyib.
 
Ötən həftə Yunanıstanda olan və "Empress Theophano" mükafatını alan BioNTech şirkətinin qurucuları Özlem Türeci və Uğur Şahin mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Onlar koronavirusun tamamilə bitəcəyini açıqlayıblar. 

Dr.Şahin hazırda dominant mutasiyanın Delta variantı olduğunu deyib:

"Delta variantına qarşı tam qorunma əldə edilə biləcək səviyyədədir. Bunun nə qədər davam edəcəyini isə görəcəyik. Antikorun zamanla azaldığı və üçüncü dozanın bu sayı çoxaltdığını vurğulamaq önəmlidir. İki doza vaksin xəstəliyin ağırlaşmasının qarşısını alır, lakin üçüncü doza yoluxmanı dayandıracaq. Üçüncü doza vaksin tətbiq edilməsə, koronavirusun yayılması davam edəcək. Hazırda 2 doz mRNA peyvəndi alan vətəndaşlarımızın 3-cü doza peyvənd almasına ehtiyac yoxdur. Bir daha inaktiv peyvənd alan vətəndaşlarımıza vaxt itirmədən mRNA və ya inaktiv peyvəndlə üçüncü peyvənd dozasını almalarını şiddətlə tövsiyə edirəm”,  - deyə professor bildirib.

Qeyd edək ki, Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca 2 doz mRNA peyvəndi almış vətəndaşların hələlik 3-cü doza peyvəndə ehtiyacı olmadığını bildirmişdi.

Əzizə Zeynal 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...