UFC prezidenti koronavirusa yoluxub
15:48 / 02.12.2021
556
Qarışıq döyüş növləri üzrə turnirlərin təşkilatçısı UFC-nin prezidenti Deyna Uayt koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, bu barədə D.Uayt özü bildirib.
O bildirib ki, ailə üzvləri ilə birgə bayram tədbirində olarkən virusa yoluxub.
Hazırda o, iybilmə hissəni itirdiyini deyib. D.Uayt növbəti 10 gün ərzində özünütəcrid rejimində olacaq.