UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdırdı - RƏSMİ
İdman
00:30 / 04.06.2020
2386
UEFA Türkiyənin "Trabzonspor" klubunu cəzalandırıb.
Sfera.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, Qara dəniz təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün 1 il müddətinə avrokuboklardan kənarlaşdırılıb.
Komanda 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcək. (report.az)