UEFA Superkubokunu qadın hakimlər idarə edəcəklər

UEFA Superkubokunu qadın hakimlər idarə edəcəklər
 

Türkiyənin İstanbul şəhərində keçiriləcək UEFA Superkubokunun hakimləri açıqlanıb. 

APA-nın məlumatına görə, avqustun 14-də "Vodafon Arena”da keçiriləcək "Liverpul” – "Çelsi” oyununu qadın hakimlər idarə edəcəklər. 

Matçın baş hakimi Stefani Frappar olacaq. Fransalı referiyə həmyerliləri Manuela Nikolosi və Mişel Onul kömək edəcəklər. 

 

Avrokuboklar tarixində ilk dəfə kişi komandaların oyununu idarə edəcək xanım ədalət təmsilçilərinin VAR hakimi Klemen Turpin olacaq. 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


OXŞAR XƏBƏRLƏR