UEFA Serbiya millisini cəzalandırdı

UEFA Serbiya millisini cəzalandırdı
 

UEFA Serbiya millisini iki oyunluq cəzalandırıb.

 

Sfera.az  qurumun saytına istinadən xəbər verir ki, buna səbəb serb azarkeşlərin AÇ-2020-nin seçmə mərhələsində Portuqaliyaya oyunda (2:4) irqçi şüarlar səsləndirməsi olub.

 

UEFA Serbiya Futbol Federasiyasını 33 min 250 avro cərimə edib.

 

Serbiyaya verilən iki matçlıq cəzanın biri şərti xararter daşıyır. Bir il ərzində oxşar hadisə yaşansa, cəza qüvvəyə minəcək. 

 

Serbiya noyabrın 14-ü Lüksemburqla ev görüşünü azarkeşsiz keçirəcək.


OXŞAR XƏBƏRLƏR