UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödəyib

UEFA “Qarabağ”a 1 milyon 140 min avro ödəyib
 

UEFA-nın Azərbaycan klubları üçün ayırdığı vəsait komandaların hesabına köçürülüb.

Sfera.az bildirir ki,  2019-2020-ci il mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak üçün 4 klub qazanc əldə edib.

AFFA-nın vasitəsilə UEFA Çempionlar Liqasında iştiraka görə "Qarabağ” büdcəsinə həmrəylik ödənişi kimi 1 milyon 140 min avro köçürülüb.

 

UEFA Avropa Liqasında iştirak üçün həmrəylik ödənişi alan klublardan "Neftçi” 780, "Qəbələ” 260, "Səbail” 240 min avro əldə edib.


OXŞAR XƏBƏRLƏR