UEFA prezidenti son nöqtəni qoydu

UEFA prezidenti son nöqtəni qoydu
 
UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqasının final oyununun Bakıda keçirilməsini dəstəkləyib.
 
ONA-nın məlumatına görə, o, Almaniyanın "Der Şpigel” nəşrinə verdiyi müsahibədə mayın 29-da keçiriləcək "Çelsi”-"Arsenal” qarşılaşması ilə bağlı söz-söhbətlərə son qoyub.
 
 
A.Çeferin ingiltərəli azarkeşlərin qarşılaşmanın yerinin dəyişdirilməsi ilə bağlı iddialara, həmçinin "Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın finala gəlməkdən imtinasına münasibət bildirib.
 
O vurğulayıb ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət elə Avropa ölkələrindəki kimidir.
 
H. Mxitaryanın finala gəlməkdən imtinası barədə danışan UEFA bossu "Belə gərginliklərin futbolu dayandırmasına imkan versək, gələcəkdə heç bir yarış təşkil edə bilmərik. Fransa terror hücumlarının hədəfi olduğu bir vaxtda təhlükəsiz şəraitdə Avropa çempionatı təşkil etməyi bacardıq”,- deyə vurğulayıb.

OXŞAR XƏBƏRLƏR