No Image
No Image

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilməli olan, lakin koronavirusa görə təxirə salınan Rumıniya – Norveç matçı ilə bağlı yekun qərar açıqlanıb.

Sfera.az xəbər verir ki, UEFA səfər matçına yollanmayan Norveç yığmasına texniki məğlubiyyət verib.

Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. UEFA Norveç Futbol Assosiasiyasına 5 gün vaxt da verib. Təşkilat qarşılaşmada iştirakdan imtinanın əsaslı səbəbini Avropa futbol qurumuna bildirməlidir. Norveç tərəfi daha sonra apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, Norveç Səhiyyə Nazirliyi milli komandanın səfərə çıxmasına icazə verməmişdi. Buna yığmanın heyətində bəzi futbolçuların koronavirus testinin müsbət çıxması səbəb göstərilmişdi.

OXŞAR XƏBƏRLƏR

"Mübarizə aparsaq da, məğlub olduq" - Qurban Qurbanov

"Futbolçularım qələbə qazanmaq üçün hər şeyi etdilər”. Sfera.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda ...

“Qarabağ” həftəsonu Ağdama gedəcək

"Qarabağ" şənbə günü işğaldan azad olunan Ağdama getməyi planlaşdırıb.   Klubdan verilən məlumata görə, klub rəhbərliyi Ağdam məscidi, milli qəhrəman A...

“Qarabağ” və “Sivasspor”un start heyətləri açıqlandı

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turu çərçivəsində qarşılaşacaq "Qarabağ” və "Sivasspor” komandalarının start heyətləri açıqlanıb. S...

Avropa çempionatı: İki gimnastımız finala yüksəldi

Bu gün Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb. Sfera.az-ın məlumatına görə, yeniyetmələrin mübarizəsində Azərba...

Nurlan İbrahimov futboldan ömürlük kənarlaşdırıldı

UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını açıqlayıb. Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir...

İngiltərə Premyer Liqasının bəzi oyunları azarkeşlərlə keçirilə bilər

Liverpul və London şəhərlərində keçiriləcək İngiltərə Premyer Liqasının oyunlarında azarkeşlərin iştirakına icazə veriləcək. Sfera.az "The Guardian" nəşri...