UEFA-nın yeni prezidenti seçildi

UEFA-nın yeni prezidenti seçildi
Bu gün UEFA-da prezident seçkisi keçirilib.
 
Təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin ikinci dəfə prezident seçilib.
 
Çeferinin vahid namizəd olduğu və bu səbəbdən formal xarakter daşıyan seçkidə UEFA-ya üzv olan bütün (55) milli assosiasiyalar, o cümlədən, AFFA sloveniyalı futbol funksionerinə səs verib.
 
Qeyd edək ki, 2016-cı ildən UEFA-ya rəhbərlik edən Çeferin 2019-2023-cü illərdə də qurumun prezidenti olacaq.

OXŞAR XƏBƏRLƏR