UEFA Mourinyonu cəzalandırdı

UEFA Mourinyonu cəzalandırdı
UEFA İngiltərənin "Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Sfera.az-ın məlumatına görə, qitə futbol qurumu portuqaliyalı mütəxəssisə 1 oyunluq diskvalifikasiya cəzası kəsib.

Buna səbəb Avropa Liqasında "Antverpen”lə (0:1) qarşılaşmanın fasiləsindən sonra komandanı meydana gec buraxmasıdır. Lakin UEFA Mourinyonun cəzasını bir illik təxirə salıb.
 
Baş məşqçi "Ludoqorets”lə növbəti tur matçında komandanı meydana çıxara biləcək.

Qeyd edək ki, "Tottenhem” – "Ludoqorets” oyunu noyabrın 26-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR