UEFA-dan Çakır və köməkçisinə ağır cəza

UEFA-dan Çakır və köməkçisinə ağır cəza
UEFA türkiyəli hakim Cüneyt Çakır və VAR referisi Abdulkadir Bitigeni sərt cəzalandırıb.

Sfera.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna onların Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Milan" - "Atletiko" oyununda (1:2) səhvə yol vermələri səbəb olub. UEFA hakimlərə bu il keçiriləcək digər oyunlara təyinat verməyəcək.

Cüneyt Çakır matçın 29-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Frank Kessiyə qırmızı vərəqə verib. Görüşün əsas vaxtının artırma dəqiqələrində isə "Milan"ın qapısına penalti təyin edilib.

OXŞAR XƏBƏRLƏR