UEFA Bakı Olimpiya Stadionunu təltif etdi
15:41 / 03.07.2021
1865
Bakı Olimpiya Stadionu (BOS) UEFA-nın baş katibinin müavini Corco Marketti tərəfindən təltif edilib.
Sfera.az xəbər verir ki, BOS Avropa çempionatında A qrupunun 3 oyunu arasında müddətin azlığına və isti hava şəraitinə baxmayaraq arenanın ot örtüyü ideal vəziyyətdə saxlanıldığı üçün mükafatlandırılıb.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında 1/4 final mərhələsinin matçı da gerçəkləşəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.