Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO

Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO

Ucuz maska istifadə etdikdən sonra qadının üzü qızarıb və dərisi soyulmağa başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə "The Sun” xəbər yayıb.

Bildirilir ki, Kendis Paterson 1 funta "Health Point LTD” markasında kokos maskası alıb.

Maskanı üzünə çəkdikdən sonra qıcıqlanma və yanma hiss etdiyi üçün o, dərhal maskanı yuyub. Bundan sonra K.Paterson üzünə soyuq kompres qoyub və yumşaldıcı krem çəkib. Buna baxmayaraq, qızarmış dəri soyulmağa başlayıb.

"Bəzi hissələrdə üzümün dərisi elə soyulur ki, elə bil gün yanığı almışam”, - deyə qız bildirib.  

K.Paterson baş verənlərlə bağlı kosmetik brendin elektron poçt ünvanına şikayət göndərsə də, cavab ala bilməyib. (oxu.az)

 

OXŞAR XƏBƏRLƏR

Dəhşətli partlayış toy gününə təsadüf etdi: Bəylə gəlinin qaçma görüntüləri - VİDEO

  Livanın paytaxtı Beyrutda baş verən partlayış bəylə gəlini toy üçün fotosessiya etdirərkən yaxalayıb. Sfera.az xəbər verir ki, bu barədə "News 18”...

Mavi balina drona sərrast fəvvarə “atəşi açdı” – VİDEO

Balinaların həyat tərzini araşdıran "Ocean Alliance” şirkəti maraqlı video paylaşıb. "National Geographic” xəbər verir ki, pilotsuz uçuş aparatlarını istifadə ...

İranda güclü zəlzələ baş verib

İranda güclü zəlzələ baş verib.  APA-nın Tehran bürosunun məlumatına görə, Kirman əyalətinin Faryab bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlz...

Türkiyədə bir ilk: Dezinfeksiya tuneli yaradıldı - Fotolar

Türkiyənin Ordu bələdiyyəsi koronavirusla mübarizə çərçivəsində maraqlı addım atıb.     Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bələdi...

Koronavirus Niderlandda xaosa yol açıb

Niderlandda yeni tip koronavirus (Covid-19) İtaliyada olduğu kimi sürətlə yayılır, artıq virusa yoluxan orta yaşlı insanlar arasında da ölənlər var. ...

Rusiyada 7,5 bal gücündə zəlzələ oldu

 Rusiyada 7,5 bal gücündə zəlzələ baş verib. Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ ölkənin şərqində yerləşən Kuril adalarında baş v...