Uçan avtomobilin sınağı uğurla başa çatdı - 2500 metr yüksəklikdə, 170 kilometr sürətlə... + VİDEO
13:31 / 30.06.2021
2486
Slovakiyada uçan avtomobil prototipi 35 dəqiqəlik sınağı
uğurla başa vurub.
Sfera.az xəbər verir ki, iki şəhər arasında uçan avtomobil 2500 metr yüksəklikdə, 170
kilometr sürətlə hərəkət
edib.
Slovakiyanın Nitra şəhərindəki hava limanından qalxan
uçan avtomobil, paytaxt Bratislavdaki beynəlxalq hava limanına enib.
Klein Vision adlı şirkət tərəfindən hazırlanmış AirCar
adlı uçan avtomobilin avtomobildən təyyarəyə çevrilməsi cəmi 2 dəqiqə 15 saniyə
çəkir. 200 kiloqram yük götürmə qabiliyyətinə malik olan avtomobil eyni zamanda 2 nəfəri
daşıya bilir.
AirCar adlı avtomobil
şaquli eniş və ya qalxma edə bilməz. Uçuş zolağı uçan avtomobilin
havaya qalxması üçün mütləqdir.
Əzizə Zeynal
Sfera.az