Uçan avtomobil artıq xəyal deyil. Bəs, nə vəd edir? – Tıxacsız hərəkət, Dron taksi, təhlükəsizlik...
13:54 / 05.07.2021
2551
Uçan avtomobil ilk şəhərlərarası uçuşunu həyata
keçirib.
Sfera.az-ın xarici mətbuata istinadla məlumatına görə, uçan
avtomobil ilk uzun məsafəli uçuşunu həyata keçirib.
Slovakiyada istehsal olunan sözügedən hibrid
avtomobil-təyyarə BMW mühərriki ilə işləyir və adi benzin yanacağından istifadə
edir. Bu minik vasitəsi 70 km məsafəni yarım saatda qət edib.
Nə baş verib?
- 2021-ci ilin 28 iyununda Klein Vision şirkətinin istehsalı olan və
sözügedən şirkət tərəfindən patentləşdirilmiş
uçan AirCar avtomobili Bratislava-Ivanka
Beynəlxalq Hava Limanına eniş endi. Cihazın ixtiraçıları professor Stefan Klyayn və iş
adamı Anton Zayatsdır. Aeromobili Klyayn özü idarə edirdi.
- AirCar Nitra şəhərindən Slovakiyanın paytaxtına
35 dəqiqəlik uçuş həyata keçirdi. Qeyd edək ki, Nitra şəhəri paytaxtdan 70
kilometr şərqdə yerləşir. Bu, onun 142-ci uğurlu enişi və ilk uzun məsafəli uçuşu idi.
- AirCar iki nəfərlik dörd təkərli transformatordur. Təyyarə rejiminə keçməkçün minik vasitəsinin
arxası uzanır və geri çəkilə bilən qanadlı bölmələr açılır. Qatlanmış qanadların açılması prosesi
tamamilə avtomatlaşdırılıb. Cihazın havaya qalxması və uşuş etməsi üçün iki bıçaqlı pərvanədən
istifadə olunur. Uçuşun sonunda qanadlar yenidən maşına çəkilir və o adi yerüstü avtomobil
kimi hərəkət edir.
- AirCar-ın yaradıcısı professor Klyaynn təxminən 20 ildir ki, buna bənzər layihələrlə məşğuldur və
bu müddət ərzində
artıq bir neçə avtomobil-təyyarə
hazırlayıb (red. professor 2016-cı
ilə qədər çalışdığı Aeromobil şirkəti üçün də uçan maşınlar hazırlayıb) Klyaynn həmçinin bazara suya
enmək üçün hazırlanmış amfibiya maşınlar çıxarmağı da planlaşdırır (red. sualtı rejim nəzərdə
tutulmayıb).
- AirCar-ın özəllikləri: 2500 m yüksəklikdə təxminən 1000 km uça bilər
və hazırda artıq 40 uçuş saatı var. Sözügedən minik vasitəsi 200 kq.-a qədər yük
qaldıra və iki sərnişin daşıya bilər.
- AirCar-ı işləyib hazırlayanların iddiasına görə,
uçan avtomobil pilotsuz idarəetmə
sisteminin istifadəsi üçün əlverişlidir və gələcəkdə onun əsasında kommersiya taksisi yaradıla bilər. Avtomobilin uçuş zamanı
kreyser sürəti 170km/saatdır. AirCar BMW mühərriki ilə işləyir və adi benzin
yanacağından istifadə edir.
- Hazırda aeromobilin ilk versiyası olan AirCar Prototype 1 istifadə olunur . O 160 at
gücündə BMW mühərriki, sabit pərvanə və ballistik paraşütlə ilə təchiz edilib. Mülki Aviasiya İdarəsinin nəzarəti
altında AirCar, 45 dərəcəli sərt dönüşlər, dözümlülük və manevrlik testləri də daxil
olmaqla, 40 saatdan çox sınaq uçuşu həyata keçirib.
- Hazırda daha güclü model
olan AirCar Prototip 2 üzərində iş gedir. Həmin
cihaz 300 at gücündə mühərriklə təchiz ediləcək və M1 yol icazəsi olan EASA CS-23 təyyarə
sertifikatı alacaq. Prototype 2-nin 1000 km məsafədə 300 km / saat kreyser sürətinə sahib olacağı gözlənilir.
İnsanlar üçün nə deməkdir?
- Dron taksi. Uçan avtomobil istehsalı ilə məşğul olan şirkətlər - Klein
Vision, Cyclocar, Cadillac, Hyundai, Fiat Chrysler, Switchblade, Toyota, Audi,
Geely, Airbus, Boeing-dir. Moskvadakı
ilk uçan taksinin sınaq uçuşu 2021-ci ilin əvvəlində baş tutub. Dubayda
isə pilotsuz uçan taksi hələ 2017-ci ildə sınaqdan keçirilib.
- Uçan motosikllər. 2017-ci ildə Rusiyanın uçan
motosiklların istehsalı ilə məşğul
olan Hover şirkəti Moskvada
aerotoksinin prototipini nümayiş etdirib. Elə həmin il "Kalaşnikov” konserni
"uçan motosikl" in sınaq uçuşunun
video görüntüsünü təqdim edib. 2018-ci ildə isə fransızlar "uçan motosikl" in
premyerasını anons ediblər.
- Tıxac problemi (şəxsi avtomobillər
səbəbindən mövcuddur) qismən həll ediləcək.
- Qəzalar. Qəzaların statistikasına və qurbanların sayına görə
təyyarə ən etibarlı, avtomobil və motosikllər isə ən təhlükəki nəqliyyat növləridir.
- Aerofobiya. 2013-cü ildə Şeremetyevoda aerofobiya ilə mübarizə
üzrə ekspres mərkəz açılıb. Çox guman ki, gələcəkdə insanların öz yerlərinə işə göndərəcəkləri robot - avatarlar populyar olacaq.
Dövlət üçün
- Səmaya nəzarət. Misalçün, 2019-cu ildən etibarən
dron sahiblərinin qeydiyyat
prosedurundan keçmədən onları səmaya buraxmasına icazə verilmir. 2021-ci ildə Rusiya pilotsuz
təyyarələrlə mübarizə aparmaq üçün yeni bir cihaz hazırlayıb - uçan avtomobilləri
isə heç demirəm.
- Ətraf mühitə uyğunluq məsələsi. ESG gündəminin populyarlığını
nəzərə alaraq, aeromobili güclü daxili yanma mühərriki ilə eyni müstəviyə
qoymaq nə dərəcədə məntiqlidir? Bu sual
hələ ki, cavabsız qalır.
- Şəhərşünaslıq. Uçan avtomobillər mövcud nəqliyyat
infrastrukturunun yüklənməsi probleminin
həlli yollarından biridir.
AirCar-in çatışmazlıqları
- AirCar elektrik mühərriklərindən deyil, benzin
mühərriklərindən istifadə edir.
- Bu növ nəqliyyat vasitələrinin istehsalçıları
modelin sertifikatlaşdırılması mərhələsində çətinliklərlə üzləşir. Çünki sözügedən minik vasitələrindən
həm avtomobil, həm də təyyarə kimi istifadə etmək üçün rəsmi icazə alınmalıdır. Bu proses həm çox vaxt aparır,
həm də kifayət qədər enerji və maliyyə vəsaiti tələb edir. Özü də Pal-V kimi üç
təkərli nəqliyyat vasitələri ilə müqayisədə,
AirCar kimi dörd təkərli uçuş maşınları üçün rəsmi icazə almaq qat-qat
daha çətindir. Üstəlik, avtomobil-təyyarə istehsalçılarının
ilkin xərcləri ödəyəcək satış həcmlərinə nail ola biləcəyinə əminlik də yoxdur.
Selcan