No Image
No Image

Uçan avtomobil artıq xəyal deyil. Bəs, nə vəd edir? – Tıxacsız hərəkət, Dron taksi, təhlükəsizlik...

Uçan avtomobil artıq xəyal deyil. Bəs, nə vəd edir? – Tıxacsız hərəkət, Dron taksi, təhlükəsizlik...
Uçan avtomobil ilk şəhərlərarası uçuşunu həyata keçirib.

Sfera.az-ın xarici mətbuata istinadla məlumatına görə, uçan avtomobil ilk uzun məsafəli uçuşunu həyata keçirib.

Slovakiyada istehsal olunan sözügedən hibrid avtomobil-təyyarə BMW mühərriki ilə işləyir və adi benzin yanacağından istifadə edir. Bu minik vasitəsi 70 km məsafəni yarım saatda qət edib.

Nə baş verib?

- 2021-ci ilin 28 iyununda  Klein Vision şirkətinin istehsalı olan və sözügedən şirkət tərəfindən  patentləşdirilmiş uçan AirCar avtomobili  Bratislava-Ivanka Beynəlxalq Hava Limanına eniş endi. Cihazın ixtiraçıları professor Stefan Klyayn və iş adamı Anton Zayatsdır. Aeromobili Klyayn özü idarə edirdi.

- AirCar Nitra şəhərindən Slovakiyanın paytaxtına 35 dəqiqəlik uçuş həyata keçirdi. Qeyd edək ki, Nitra şəhəri paytaxtdan 70 kilometr şərqdə yerləşir. Bu, onun 142-ci uğurlu enişi və  ilk uzun məsafəli uçuşu idi.  

- AirCar iki nəfərlik dörd təkərli transformatordur. Təyyarə rejiminə keçməkçün minik vasitəsinin arxası uzanır və geri çəkilə bilən qanadlı bölmələr açılır. Qatlanmış qanadların açılması prosesi tamamilə avtomatlaşdırılıb.  Cihazın havaya qalxması və uşuş etməsi üçün iki bıçaqlı pərvanədən istifadə olunur. Uçuşun sonunda qanadlar yenidən maşına çəkilir və o adi yerüstü avtomobil kimi hərəkət edir.

- AirCar-ın yaradıcısı professor Klyaynn təxminən 20 ildir ki, buna bənzər  layihələrlə məşğuldur və  bu müddət ərzində artıq bir neçə avtomobil-təyyarə hazırlayıb (red. professor 2016-cı ilə qədər çalışdığı Aeromobil şirkəti üçün də uçan maşınlar hazırlayıb) Klyaynn həmçinin bazara suya enmək üçün hazırlanmış amfibiya maşınlar çıxarmağı da  planlaşdırır (red. sualtı rejim nəzərdə tutulmayıb).

- AirCar-ın özəllikləri:  2500 m yüksəklikdə təxminən 1000 km uça bilər və hazırda artıq 40 uçuş saatı var. Sözügedən minik vasitəsi 200 kq.-a qədər yük qaldıra və iki sərnişin daşıya bilər.
 
- AirCar-ı işləyib hazırlayanların iddiasına görə, uçan avtomobil  pilotsuz idarəetmə sisteminin istifadəsi üçün əlverişlidir və gələcəkdə onun əsasında  kommersiya taksisi  yaradıla bilər. Avtomobilin uçuş zamanı kreyser sürəti 170km/saatdır. AirCar BMW mühərriki ilə işləyir və adi benzin yanacağından istifadə edir.

- Hazırda  aeromobilin ilk versiyası olan  AirCar Prototype 1 istifadə olunur . O 160 at gücündə BMW mühərriki, sabit pərvanə və ballistik paraşütlə ilə təchiz edilib. Mülki Aviasiya İdarəsinin nəzarəti altında AirCar, 45 dərəcəli sərt  dönüşlər,  dözümlülük və manevrlik testləri də daxil olmaqla, 40 saatdan çox sınaq uçuşu həyata keçirib.
 
- Hazırda daha güclü model olan AirCar Prototip 2 üzərində iş gedir.   Həmin cihaz 300 at gücündə mühərriklə təchiz ediləcək və M1 yol icazəsi olan EASA CS-23 təyyarə sertifikatı alacaq. Prototype 2-nin 1000 km məsafədə  300 km / saat  kreyser sürətinə sahib olacağı gözlənilir.

İnsanlar üçün nə deməkdir?
 
- Dron taksi. Uçan avtomobil  istehsalı ilə məşğul olan şirkətlər - Klein Vision, Cyclocar, Cadillac, Hyundai, Fiat Chrysler, Switchblade, Toyota, Audi, Geely, Airbus, Boeing-dir. Moskvadakı ilk uçan taksinin sınaq uçuşu 2021-ci ilin əvvəlində baş tutub. Dubayda isə pilotsuz uçan taksi hələ 2017-ci ildə sınaqdan keçirilib.
 
 
- Uçan motosikllər. 2017-ci ildə Rusiyanın uçan motosiklların  istehsalı ilə məşğul olan    Hover şirkəti Moskvada aerotoksinin  prototipini nümayiş etdirib. Elə həmin il "Kalaşnikov” konserni "uçan motosikl" in sınaq uçuşunun  video görüntüsünü təqdim edib. 2018-ci ildə isə  fransızlar "uçan motosikl" in premyerasını anons ediblər.

- Tıxac problemi (şəxsi avtomobillər səbəbindən mövcuddur) qismən  həll ediləcək.
 
 
- Qəzalar. Qəzaların statistikasına və qurbanların sayına görə təyyarə ən etibarlı, avtomobil və motosikllər isə ən təhlükəki nəqliyyat növləridir.

- Aerofobiya. 2013-cü ildə Şeremetyevoda aerofobiya ilə mübarizə üzrə ekspres mərkəz açılıb. Çox guman ki, gələcəkdə insanların öz  yerlərinə işə göndərəcəkləri  robot - avatarlar populyar olacaq.

Dövlət üçün

- Səmaya nəzarət. Misalçün, 2019-cu ildən etibarən  dron sahiblərinin qeydiyyat prosedurundan keçmədən onları səmaya buraxmasına icazə verilmir. 2021-ci ildə Rusiya pilotsuz təyyarələrlə mübarizə aparmaq üçün yeni bir cihaz hazırlayıb - uçan avtomobilləri isə heç  demirəm.

- Ətraf mühitə uyğunluq məsələsi. ESG gündəminin populyarlığını nəzərə alaraq, aeromobili güclü daxili yanma mühərriki ilə eyni müstəviyə qoymaq nə dərəcədə  məntiqlidir? Bu sual hələ ki, cavabsız qalır.

- Şəhərşünaslıq. Uçan avtomobillər mövcud nəqliyyat infrastrukturunun yüklənməsi  probleminin həlli yollarından biridir.

AirCar-in çatışmazlıqları

- Pilotsuz dron taksilərdən fərqli olaraq, uçuş-enmə zolağı olmadan havaya qalxıb şaquli eniş edə bilmir.
 
- AirCar elektrik mühərriklərindən deyil, benzin mühərriklərindən istifadə edir.

- Adi təyyarələrdən fərqli olaraq, uçan maşınlar ümumi yollarda rast gəlinən bir sıra problemlərlə üz-üzə qalacaqlar. Misalçün, sadə avtomobillərə o qədər də ciddi problem yaratmayan yollardakı dəlmə-deşik  nəzəri cəhətdən uçuşçün vacib olan detalların zədələnməsinə səbəb ola bilər. Bu isə o deməkdir ki, uçan nəqliyyat vasitələri uçuşdan əvvəl xüsusi yoxlamadan keçməlidir.
 
- Bu növ nəqliyyat vasitələrinin istehsalçıları modelin  sertifikatlaşdırılması  mərhələsində çətinliklərlə üzləşir. Çünki sözügedən minik vasitələrindən həm avtomobil, həm də təyyarə kimi istifadə etmək üçün  rəsmi icazə alınmalıdır. Bu proses həm çox vaxt aparır, həm də kifayət qədər enerji və maliyyə vəsaiti tələb edir. Özü də Pal-V kimi üç təkərli nəqliyyat vasitələri ilə müqayisədə,  AirCar kimi dörd təkərli uçuş maşınları üçün rəsmi icazə almaq qat-qat daha  çətindir. Üstəlik, avtomobil-təyyarə istehsalçılarının ilkin xərcləri ödəyəcək satış həcmlərinə nail ola biləcəyinə əminlik  də yoxdur.
 
- Beləliklə, Klyaynın  bənzərsiz avtomobilinin ümumi istifadəyə verilməsi üçün əvvəlcə tənzimləyiciləri onun təhlükəsizliyinə və etibarlılığına inasndırmaq lazım gələcək. Həmçinin  AirCar sürücüləri həm pilot, həm də adi sürücü lisenziyası, eləcə də  hər ehtimala qarşı, beynəlxalq lisenziya   almalı olacaqlar.
 
Selcan

Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Uçan avtomobil artıq xəyal deyil. Bəs, nə vəd edir? – Tıxacsız hərəkət, Dron taksi, təhlükəsizlik...

Uçan avtomobil ilk şəhərlərarası uçuşunu həyata keçirib. Sfera.az-ın xarici mətbuata istinadla məlumatına görə, uçan avtomobil ilk uzun məsafəli uçuşun...

Hamının danışdığı nikah mərasimi İstanbulda olub

Xəbər verdiyimiz kimi, dünyaca məşhur aktyor, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlunun azərbaycanlı qızla ailə qurması barədə sosial şəbəkələrdə məlumat yayı...

2030-cu ilədək bu peşələr yoxa çıxacaq, əvəzində yeniləri yaranacaq - SİYAHI

Rəqəmsal texnologiyalar tezliklə bir sıra peşələri məhv edəcək.   Sfera.az xəbər verir ki,  "Superjob” analitiklərinin fikrincə, dörd ixtisası...

Bakıda villa qiymətinə samovar satılır - ŞOK MƏBLƏĞ

Bakıda rekord qiymətə samovar satılır.   Sfera.az-ın xəbərinə görə, elan saytlarının birində yerləşdirilən qədim samovara 350 min manat qiymət qoyulub....

Yəhudilərin niyə həmişə pulu olur? - 9 səbəb

Nobel mükafatçılarının 32%-ini yəhudilər təşkil edir, 400 varlı amerikalıdan 100-ü yəhudidir, "Forbes” siyahısını bəzəyənlərin əksəriyyəti  isə yəhudi mən...

Çeçenistan müftisi müsəlmanların başqa dində olanlarla evliliyini QADAĞAN ETDİ

Çeçenistan Müftisi Salah-Hacı Mejiev hesab edir ki, Rusiya Müsəlmanları Ruhani İdarəsinin dinlərarası evliliyin qəbuledilməzliyi ilə bağlı teoloji nəticəsi İs...