\"Twitter\"in işində problemlər yarandı
18:52 / 13.05.2021
5937
"Twitter" mikrobloqlar xidmətinin işində nasazlıq dünyanın bir sıra ölkələrində müşahidə olunur.
Sfera.az-ın məlumatına görə, bu barədə Downdetector platforması xəbər verib.
Şikayətlərin əksəriyyəti ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlir.
İstifadəçilər veb sayt və sosial şəbəkənin mobil tətbiqetmələrində olan problemlər ilə üzləşdiklərini bildirib.