Türkiyəyə qarşı yeni dördlük? – Əfqanıstan ətrafında nə baş verir?

Türkiyəyə qarşı yeni dördlük? – Əfqanıstan ətrafında nə baş verir?
Əfqanıstanda sülh prosesini dəstəkləmək üçün yeni dördtərəfli platforma yaradılır. Platforma iştirakçıları isə Özbəkistan, ABŞ, Əfqanıstan və Pakistandır. Sözügedən birlik Əfqanıstanda sülhün əldə olunmasına xidmət edəcək.
 
Maraqlıdır, türk qüvvələrinin Əfqanıstana daxil olacağı vaxtda belə bir platformanın yaradılmasına səbəb nədir?  Yaradılan birlik vasitəsilə müsbət nəticə əldə etmək olacaqmı?
 
Mövzunu Sfera.az-a şərh edən politoloq Natiq Miri 4-lü platformanın Türkiyəni istəyi ilə yaradıldığını deyib. Ekspert Talibanın gələcəklə bağlı planlarının boşa çıxacağını qeyd edib:
 
"Düşünürəm ki, bu platforma məhz Türkiyənin istəyi ilə yaradılıb və Türkiyə bu prosesin xaricində deyil. Türkiyənin iştirak etmədiyi prosesdə siyasi və hərbi uğur mümkünsüzdür. Bu, illərdir, Əfqanıstanda olan ABŞ üçün birmənalı olaraq aydın oldu. Onlar hətta Əfqanıstan şəhərlərində hərəkət edərkən yerli əhalinin onlara toxunmaması üçün hərbi texnikalar üzərində Türkiyə bayrağını dalğalandırırdılar.
 
Bu, Türkiyə dövlətinə və əsgərinə olan etibar və etimaddan irəli gələn addım idi. Əgər belə olmasaydı, bu gün paytaxt Kabildə hava limanının qorunması məsələsi Türkiyə ilə danışılmazdı. Çünki bu bölgəni qoruya biləcək tək güc Türkiyədir.
 
Bu gün Əfqanıstanda yeganə hərbi-siyasi uğur elementi Türkiyə dövləti sayılır. Əfqanıstanda bir çox xalq yaşayır ki, bu xalqların da əksəriyyəti türksoyludur. Əfqanıstanın şimalında da "Taliban” qoşunlarını sevməyən bir çox etnik qruplar yaşayır. Bu faktın özü "Taliban”ın gələcək perspektidə əraziləri ələ keçirməsinin onların hakimiyyəti ələ ala biləcəyi anlamına gəlmədiyini göstərir".

Politoloq Pakistanı ittifaqa Türkiyənin daxil etdiyini deyib. Ekspert yaradılan birliyin Əfqanıstan üçün ideal olduğunu bildirib:

"Bir şeyi nəzərə alaq ki, ABŞ Kabil hava limanının Türkiyənin nəzarətinə verilməsi məsələsinin müzakirəsini edərkən Pakistanı bu prosesə daxil etmək istəmirdi. Çünki Pakistan son zamanlar birmənalı olaraq ABŞ-ın regiondakı siyasətinə qarşı çıxır. Bundan əlavə, Pakistan ABŞ hərbi bazalarının öz ərazisində yerləşməsi məsələsini də birmənalı olaraq rədd etdi.
 
Bunu nəzərə alsaq, deyə bilərik ki, Pakistanın bu prosesdə iştirakını tələb edən yeganə güc Türkiyə dövlətidir. Əgər prosesdə Özbəkistan və Pakistan kimi dost ölkələr mövcuddursa, demək ki, bu, Türkiyənin istəyi ilə baş verib. Düşünürəm ki, 4-lü platforma əslində Pakistan daxilində yaşayan etnik qrupların da maraqlarını ifadə edən platformadır. Çünki özbək və pakistanlıların bir çoxu Əfqanıstanda yaşayır. Bu ölkələrin prosesdə iştirakı həmin etnik qrupların qeyri-iradi olaraq başda Türkiyə olmaqla bu qrupa ciddi şəkildə dəstəyini ifadə edəcək. Ən ciddi hərbi-siyasi element də məhz bu platformadır və çox doğru düşünülüb. Əfqanıstan elə bir ziddiyətli ölkədir ki, orada hər hansı imperiya siyasətini həyata keçirmək mümkünsüzdür. Bu, 70-ci illərin sonu 80-ci illərin əvvəllərinə qədər Rusiyanın işğalında olan Əfqanıstanda da, ABŞ-ın son on illərdə burada apardığı işğal siyasətində də göründü.

Nəticə isə sıfırdır. Rusiya getdiyi kimi ABŞ da buradan gedir. Sadəcə ABŞ Rusiyadan fərqli olaraq situasiyanı dövr edir. Bu ölkə də regionda nüfuzlu və prosesləri tənzimləyəcək alternativ güc olan qardaş Türkiyə və onun dostu olan ölkələrdir. O cəhətdən hesab edirəm ki, bu platforma Əfqanıstan üçün ən doğru modeldir".

Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...