Türkiyəyə meteorit düşdü - VİDEO
12:44 / 31.07.2021
2077
Türkiyənin İzmir şəhərinə meteorit düşüb.
Sfera.az "Sabah" qəzetinə istinadən bildirir ki, hadisə İzmir sakinləri tərəfindən müşahidə edilib.
İzmir bölgəsindən olan sosial şəbəkə istifadəçiləri Türkiyə vaxtı ilə gecə saat 01:54-də müşahidə edilən təbiət hadisəsinin video görüntüsünü də paylaşıblar.
"İzmirə meteorit düşüb. Növbədə yadplanetlilərin və zombilərin istilasıdır", - deyə social şəbəkə istifadəçiləri yazıblar.
Türkiyədə tüğyan edən meşə yanğınlarının olduğu əraziyə düşdüyü təxmin edilən meteoritlə bağlı rəsmi qurumlardan heç bir açıqlama verilməyib.
Selcan
Sfera.az