Türkiyəyə hava hücumu: 2 ölü, 12 yaralı
15:34 / 15.10.2019
1631
PKK/YPG terror qruplaşmaları Mardin şəhərinin Qızıltəpə rayonunda yerləşən Taşlıca Məhəlləsinə hava hücumu təşkil edib.
Sfera.az bildirir ki, Suriyanın Hasəkə şəhərinin Dərbəsiyə qəsəbəsindən təşkil edilən hücum nəticəsində 2 mülki vətəndaş həlak olub, 12 nəfər isə yaralanıb.
Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.