Türkiyəyə göndərilən daha 6 qazimiz sağalaraq Vətənə geri döndü - FOTO

Türkiyəyə göndərilən daha 6 qazimiz sağalaraq Vətənə geri döndü - FOTO
"YAŞAT” Fondundan Sfera.az-a verilən məlumata görə ağır yaralanan və müalicə üçün "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb.

Vətənə qayıdan qazilərimiz:

 Quliyev Adil Şahbaz oğlu
 Əliyev Ruslan Mustafa oğlu
 İlkin Rüstəmli Elçin oğlu
 Əliyev Qismət Nəsib oğlu
 Ağaşov Qulu Rövşən oğlu 
 Vəçhiyev Çingiz  Məmməd oğlu 
 
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
 
"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
 
Allah qazilərimizə şəfa versin! 

Əzizə Zeynal 
Sfera.az 
 


OXŞAR XƏBƏRLƏR