Türkiyənin yeni PUA-sı nümayiş etdirildi
23:27 / 24.09.2021
2604
Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan "Aksungur" pilotsuz uçuş aparatı "Teknofest” – Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib.
Sfera.az-ın məlumatına görə, sözügedən PUA Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanıb.
TUSAŞ-ın baş direktorunun PUA sistemləri üzrə müavini Ömər Yıldız "Anadolu"ya açıqlamasında bildirib ki, şirkət ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinə 4 ədəd "Aksungur" PUA-sı verməlidir.
Onun sözlərinə görə, bu PUA 18 ay ərzində hazırlanıb və havada 50 saatdan artıq qala bilir.