“Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır\"

“Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır\
"Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır. Bu, bir neçə səbəbdən bizim üçün vacibdir”.
 
Sfera.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi "nə zamansa geri qaytarmaq” haqqında düşüncələrindən əl çəkən deyil:

"Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan ordusuyla yanaşı, Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək. 
Aydındır ki, Türkiyənin Şuşada hərbi qarnizon yaratması Ermənistan və Rusiyanı narahat edəcək, həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaqlar. Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdırmağa heç nə mane ola bilməz”.

E.Şahinoğlu qeyd edib ki, Rusiyanın Azərbaycana qarşı təxribatları göz qabağındadır:

"Şuşaya atılan "İsgəndər” raketlərindən tutmuş Xankəndidə rus hərbçiləri üçün artan modul yerləşim yerlərinə qədər "addımlar” görürük. Biz Rusiya hərbçilərinin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyirik. Ancaq ruslarla ermənilər əllərindən gələn edəcəklər ki, bu baş verməsin. Əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirlərsə, bu məsələnin həll yolu var: Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda, Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...