Türkiyənin səfiri Mənsimovdan danışdı: “Bu gün aksiya keçirənlər…”

Türkiyənin səfiri Mənsimovdan danışdı: “Bu gün aksiya keçirənlər…”
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun həbs edilməsinə münasibət bildirib.
 

Sfera.az xəbər verir ki, səfir Erkan Özoral Demokrat.az-a açıqlamasında deyib ki, Mübariz Mənsimovun məhkəmə qərarı ilə Türkiyədə həbs edilməsi məsələsinə hörmətlə yanaşıb, prosesin yekun nəticəsini gözləmək lazımdır:

"Türkiyə hüquqi və demokratik dövlətdir. Mübariz Mənsimovla bağlı ədalətli qərarı yalnız məhkəmə verə bilər. Hazırda onunla bağlı işə məhkəmə baxır. Məhkəmənin qərarına hər hansı şərh verməyimiz düzgün olmazdı. Son qərarı məhkəmə verir. Cinayətkar olub-olmadığına da bu prosesin sonunda yenə məhkəmə qərar verəcək”.

Səfir Mübariz Mənsimova görə narahat olan insanları bu vəziyyətdən sui-istifadə etmək istəyənlərə qarşı diqqətli olmağa çağırıb.

Bu gün Bakıda bir qrup şəxsin Türkiyənin Azərbaycandakı səfirliyi önündə Mübariz Mənsimova dəstək aksiyası keçirməsinə də toxunan Erkan Özoral qeyd edib ki, hər kəsin sərbəst fikir söyləmək haqqı var:

"Aksiya keçirənlər səfirliyə protokol təqdim ediblər. Onların öz tələbləri var. Biz buna normal baxırıq. Hər kəsin sərbəst fikir söyləmək haqqı var. Ancaq məsələnin ədalətli həllinə biz deyil, məhkəmə qərar verir. Əgər ortada bir cinayət varsa, bunun məhkəmə tərəfindən sübut olunması zəruridir. Ədalətli qərarı verən də məhkəmədir. Hər birimiz məhkəmənin qərarlarına hörmətlə yanaşmalıyıq”.

Qeyd edək ki, Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham edilib və barəsində həbs-qətimkan tədbiri seçilib. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...