Türkiyənin pilotsuz döyüş təyyarəsinin görüntüləri - FOTOLAR

Türkiyənin pilotsuz döyüş təyyarəsinin görüntüləri - FOTOLAR
Türkiyənin aero-kosmik sənaye qurumu olan "Baykar" rəsmi feysbuk səhifəsində pilotsuz döyüş təyyarə sisteminin (MİUS) konseptual dizayn görüntülərini paylaşıb.

Sfera.az xəbər verir ki, paylaşımda deyilir:

"MİUS layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq. Millətimizə və bütün İslam aləminə sağlam və xoş Qurban bayramı diləyirik”.

"Baykar”ın texniki direktoru Selçuk Bayraktar yeni layihəsi ilə bağlı açıqlama verib:

"12 ildən çoxdur ki, MİUS layihəmizin xəyalını qururduq. Pilotsuz döyüş təyyarələrimizin SİHA-larda olduğu kimi, hava müharibəsi konseptini dəyişəcəyi, gələcəkdə 5-ci nəsil döyüş təyyarələrinin yerinə keçəcəyi gözlənilir. MİUS-un sürəti səs sürətinə yaxın olacaq. Sonrakı prototipləri isə supersonik qabiliyyətə malik olacaq. 1,5 tona yaxın sursat, ağıllı raketlər və qanadlı raketləri daşıya biləcək. Döyüş sursatlarını həm gövdəsində, həm də qanadlarında daşıya bilər”.

Selçuk Bayraktar qeyd edib ki, MİUS-un ilk uçuşunu Cümhuriyyətin 100-ci ilində gerçəkləşdirməyi planlaşdırırlar.

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...