Türkiyənin müdafiə naziri Azərbaycan və Ermənistan ilə sərhəddə
10:48 / 08.06.2019
1992
Türkiyənin Müdafiə naziri Hulusi Akar, ölkənin Silahlı Qüvvələrinin İran, Azərbaycan və Ermənistanla dövlət sərhədinin təhlükəsizliyi üçün məsul olan 5-ci Sərhəd Alayının mövqelərini yoxlayıb.
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, naziri İğdırda müxtəlif qoşun növlərinin komandanları müşayiət ediblər.
H.Akar bildirib ki, İran sərhədindən terrorizm təhlükəsi gəlir. Bununla yanaşı, tez-tez sərhədi qanunsuz keçmə halları olur, o cümlədən, miqrantlar tərəfindən.
Nazirin sözlərinə görə, bu cür hərəkətlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək olduqca vacibdir və Türkiyə təhlükəsizliyinin təmin olunması məqsədilə hər şeyi etməyə hazırdır: "Türkiyənin sərhədləri xalqın şərəfidir".