Türkiyənin ilk yerli peyvəndi istifadəyə hazırdır
12:34 / 25.11.2020
1031
Türkiyənin beynəlxalq standartlara uyğun istehsal edilən ilk yerli tetanus-difteriya peyvəndi istifadəyə hazırdır.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.
O, 2015-ci ildən bəri peyvəndlə bağlı nazirliyin dəstəyi ilə lokalizasiya və milliləşdirmə siyasəti çərçivəsində aparılan işlərin artıq ilk nəticələrini verdiyini bildirib.
"Lazımi keyfiyyət nəzarətindən keçən və təsdiqlənən Tetanus-difteriya peyvəndinin bütün istehsal prosesləri tamamilə yerli qurğularla tamamlanıb. Beləliklə, yerli peyvənd istehsalının gündəmdə olduğu bir dövrdə bu sahədə əhəmiyyətli bir müvəffəqiyyət əldə edildi. Yerli peyvənd istehsalı prosesi barədə yaxşı xəbərlər verməyə davame dəcəyik. Xeyirli olsun", - deyə Fəxrəddin Qoca qeyd edib.