Türkiyənin iki klubu Mahir Emreli uğrunda mübarizə aparır

Türkiyənin iki klubu Mahir Emreli uğrunda mübarizə aparır
Türkiyənin "Qalatasaray" və "Başakşəhər" klubları "Legiya Varşava"nın hücumçusu Mahir Emrelinin transferi ilə bağlı rəqib olublar.
 
Sfera.az bildirir ki, sözügedən klubların bu istiqamətdə hərəkətə keçdikləri haqqında məlumatlar yayılıb.  Müqaviləsinə xitam vermək istəyən Mahirin menecerinin İstanbulda "Qalatasaray” və "Başakşəhər”in səalhiyyətli şəxsləri ilə danışıqlar apardığı iddia edilib.

Qeyd edək ki, bu ilin yayından "Legiya"nın formasını geyinən Mahir Emrelinin klubla 2024-cü ilin iyununadək müqaviləsi var. Son məlumatlara əsasən, "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə, avrokuboklarda mübarizəni dayandırsa, azərbaycanlı futbolçu Polşadakı karyerasını bitirəcək.

Türkan
Sfera.az

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR