“Türkiyənin bölgədə güclənməsi İranı narahat edir” – Zərifin Bakı səfəri nəyə hesablanıb?

“Türkiyənin bölgədə güclənməsi İranı narahat edir” – Zərifin Bakı səfəri nəyə hesablanıb?
"Zərifin səfəri Cənubi Qafqazda İranın mövqeyini artırmağa hesablanıb”.

Bu sözləri Sfera.az-a açıqlamasında İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin Bakının ardınca, Moskva, Tiflis, İrəvan və Ankaraya gözlənilən səfərinin məqsədini dəyərləndirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

"Cavad Zərif hələ ötən ilin oktyabrında regiona səfər etməli idi. Amma müəyyən səbəblərdən o zaman alınmadı. İndi Türkiyə Prezidenti Ərdoğanın altılıq platformasını elan etməsindən sonra Tehran bundan iatifadə edib, Cənubi Qafqazda mövqeyini gücləndirəcəyini düşünür. Bu aspektdə də Zərifi bölgə səfərinə çıxıb”. 

Politoloq bildirib ki, bölgəmizdə Türkiyənin güclənməsi İranı ciddi şəkildə narahat edir: "Bakıdan sonra İran XİN rəhbərinin Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfər etməsi Cənubi Qafqazda öz mövqeyini, rolunu artırmağa hesablanıb. Çünki İran bölgədə Türkiyənin güclənməsindən narahatlıq keçirir. Zərifin Tiflislə İrəvana gözlənilən səfərləri isə görüntülü bir səfərdir. Bu iki ölkə ilə İranın hər hansı bir divident əldə edəcəyini gözləmirəm.
 
İran üçün önəmlisi Bakı, Moskva və Ankaraya səfərlərdir. Müharibə dövründə Rusiya, Türkiyə və Azərbaycan birgə platformadan çıxış ediblər. İranı isə bu platformadan kənar qoyublar. Görünür, Tehran da özünü burada görmək istəyir. Bütün hallarda İranın altılıq platformasının yaradılmasında vasitəçi rolunda çıxış etdiyini düşünmürəm. Bu vəzifənin ona həvalə edildiyi qənaətində deyiləm. Azərbaycan və Türkiyə buna razı ola bilməz”.

M. Əsədullazadə qeyd etdi ki, Zərifin bu səfəri Bakı üçün xüsusi əhəmiyyət kəsb etmir: "Tehranın məqsədi sadəcə Qarabağda yenidənqurma işlərində yer almaq, Azərbaycan və Rusiya ilə sanksiyaların ləğvindən sonra iqtisadi əlaqələri inkişaf etdirməkdır. Bu səfər ümumiyyətlə, Azərbaycan üçün xüsusi önəm daşımır. Bu daha çox Tehrana lazımdır”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR