“Türkiyənin Azərbaycanı qorumaq imkanı yox idi ” – türkiyəli professor Məhməd Akif Okurla MÜSAHİBƏ

“Türkiyənin Azərbaycanı qorumaq imkanı yox idi ” – türkiyəli professor Məhməd Akif Okurla MÜSAHİBƏ
Türkiyənin Yıldız Teknik Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, professor Məhməd Akif Okurun Sfera.az-a müsahibəsi.

- Qardaş Türkiyə Cümhuriyyəti elan olunmasının 98-ci ildönümü qeyd etdi. 98-il öncə Türkiyə necə istiqlaliyyət qazandı?

- Əvvəla, onu qeyd edim ki, Türkiyə heç bir zaman istiqlaliyyətini itirməyib. Ancaq işğal təhlükəsi ilə üzləşib. Özü də bir dəfə yox, bir neçə dəfə. Cümhuriyyətin elan edilməsi Türkiyə baxımından tarixi bir önəmə sahibdir. Bu təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün mühüm bir hadisə idi.
98 il öncə türk xalqı Mustafa Kamal Atatürkün öndərliyində canı, malı bahasına böyük fədakarlıqla Türkiyənin istiqlaliyyətinə qəsd edən bütün düşmənlərı məğlub edib zəfər çaldı. Mən nahaq yerə bu mübarizənin bütün türk dünyasının mübarizəsi olduğunu qeyd etmirəm. Çünki digər regionlarda yaşayan soydaşlarımız da məhdud imkanlarına, təzyiqlərə baxmayaraq axın-axın Anadoluya yardıma gəlir, ya da uzaqdan yardım göndərirdi.
 
98 il öncə türk dünyası Türkiyənin timsalında istiqlaliyyət müabrizəsinə qalxaraq türkün boyunduruq altında əzilmədiyini bir daha bütün dünyaya göstərdi. Bu gün qeyd etdiyimiz bu zəfər bütün türk dünyasının zəfəridir.

- 98 il öncə Türkiyə Cümhuriyyəti elan olunmasaydı, Sizcə, bu gün Türk dünyası necə olardı?

- Müasir dünyamızı beynəlxalq münasibətlər ilə tənzimlənən böyük bir təşkilata bənzətmək olar. Qərb ölkələri, şərq ölkələri deyərkən də məhz bunu nəzərdə tuturuq. Təbii olaraq dünyamızı güclü bir ölkələrsiz və ya siyasi təşkilatlarsız təsəvvür etmək də mümkün deyil.
 
Bunu ona görə qeyd edirəm ki, hazırda Türkiyədə bötövlükdə Türk dünyasının təşkilatlanması baxımından mühüm bir misyanı yerinə yetirir. O ki qaldı bu gün Türkiyə olmasa idi, Türk dünyası necə olardı sualına, məncə, Türkiyəsizdə Türk dünyası var olardı və Türk dünyasında bu gün Türkiyənin etmək istədiyi təşkilatlanmanı başqa bir türk ölkəsi etməyə çalışardı. Ancaq bu təşkilatlanma Qərbdə baş verdiyi kimi çoxfunksiyalı bir sistem şəklində olmazdı. Yəni kövrək və qırılqan bir atmosfer hər zaman olardı. Türkiyə Qərb təcrübəsini ən yaxşı bilən, anlayan və onu tədbiq edən ölkədir.
 
- Bəzi mənbələrdə qeyd olunur ki, Mustafa kamal Atatürk istiqlaliyyət mübarizəsində SSRİ-nin dəstəyini ala bilmək üçün SSRİ-nin Azərbaycan Demokratik Cümhuriyyətini işğal etməsinə göz yumub...

- Bu məsələ uzun illərdir məni də narahat edirdi. Prinsip etibarilə çox ciddi bir iddiadır. Ancaq Türkiyənin bilə-bilə Azərbaycanın işgalına göz yuma biləcəyinə inanmıram. ABŞ Xarici İşlər Nazirliyi arxivində apardığım araşdırmalardan gəldiyim nəticə budur. Məsələ ondadır ki, həmin arxivlərdəki sənədlərdə Türkiyə Böyük Millət Məclisinin açıldığı dövrdə  Azərbaycandakı proseslərində yaxından izlənildiyinə rast gəldim. Hətta bu dövrdə Türkiyə və Azərbaycan arasında əlavə bir gizli ittifaqın əldə edildiyini göstərən bir sənəd aşkarladım. Ancaq neyləmək olar ki, Türkiyənin gücü Azərbaycanın işğalını dayandırmağa yetmədi. Çünki Türkiyə özü də həmin vaxt çox çətin dövrdən keçirdi.

- Türkiyənin istiqlaliyyət savaşında Azərbaycan tüklərinin dəstəyi varmı?

- Azərbaycan türkləri, istiqlaliyyət savaşında Türkiyəyə dəstək olub. Bu danılmaz faktdır. Söhbət təkcə maddi dəstək də deyil, mənəvi dəstəkdən də gedir. Bu reallıq Türkiyə türkləri üçün hər zaman çox vacibdir. Misal üçün 2 oktyabr 1920-ci ildə Azərbaycan türkləri Türkiyəyə 19 min Osmanlı qızılı, 1 milyon fransız frankı və yanacaq yardımı edib. Bu günün reallıqları ilə bəlkə də bu yardım kimlər üçünsə sadə görünə bilər, lakin istiqlaliyyət savaşı gedişində belə bir yardım hər şeydən vacib idi. Düşünün bu yardım ilə bəlkə də istiqlaliyyət savaşının seyri, ehtimal mənfi nəticəsi dəyişdi. Azərbaycan türkləri dünyanın hər yerindən yardımlar göndərir, bu da azmış kimi, axın-axın istiqlaliyyət savaşına qoşularaq türk qardaşları ilə çiyin-çiyinə döyüşürdü.
 
- Türkiyə və Azərbaycanın bugünkü münasibətlərini necə qiymətləndirirsiniz?

- İki ölkə münasibətləri hər mənada tarixinin ən yaxşı dövrünü yaşayır. Ümumiyətlə Azərbaycan və Türkiyə münasibətləri hər zaman yaxşı olub. Ancaq indiki dövrün fərqi ondan ibarətdir ki, iki ölkə eyni zamanda cəhbədə düşmənlərinə qarşı hərbi zəfərlər əldə edir.
Bu gün iki ölkənin hərbiçiləri çiyin-çiyinədir. Onu da qeyd edim ki, bu münasibətlər təkcə ölkələr arasında deyil, iki qardaş xalq arasındada eynilik təşkil edir. Azərbaycan və Türkiyə xalqı bir-birinə  möhkəm bağlar ilə bağlıdır. Biz bir millət, iki dövlətik!

Söhbətləşdi: Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

AŞPA-nın vitse-prezidenti: “İlham Əliyevin Kiyevə səfəri əsl kişi addımıdır” - MÜSAHİBƏ

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kiyev səfərini yüksək qiymətləndirirəm. Bu səfər uzun zamandır ki, gözlənilirdi. Bununla yanaşı Prezident İlham Əliy...

“Minsk Qrupu “arabanın beşinci təkəri” idi” – Deputat Cavanşir Feyziyevlə - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Azpost.info-ya müsahibə ...

"Tokayev Səddam Hüseyn kimi öldürülməkdən qorxurdu" - Mühacirətdə olan qazax general sirləri açır

Qazaxıstanda yanvarın əvvəlində qəfil başlayan və sürətlə bütün ölkəni bürüyən, 30 ildən çox ölkəni idarə etmiş Nursultan Nazarbayevin həmin etirazların başlama...

“Bütün resurslarımız bu istiqamətdə səfərbər olunub” - Elnur Allahverdiyev

Ötən həftə dünyanın ən iri informasiya resurslarından biri olan Vikipediya Günü qeyd olundu. Bu sahədə deputat Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılmış "Q...

Mahir Emrelinin atasından Qurban Qurbanova sərt sözlər: “Başı nə qədər qarışıqdır ki…”

Azərbaycan millisinin və "Legiya”nın futbolçusu Mahir Emrelinin atası, tanınmış prodüser Anar Mədətov "Futbol+”a müsahibə verib.   Sfera.az xəbər verir ...

“Dalınca danışmaq olmasın, məhv elədi...” – Elçin Şıxlı ilə MÜSAHİBƏ

Jurnalist, Ayna.az saytının təsisçisi və redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Sfera.az saytın...