No Image

Türkiyənin ali hərbi komandanlığının Azərbaycana səfərindən gözləntilər

Türkiyənin ali hərbi komandanlığının Azərbaycana səfərindən gözləntilər
 

"Göründüyü kimi, bu dəfə Türkiyə şahinləri Azərbaycan səmalarında sadəcə iki ölkəni bir-birinə bağlayan ürək, bayraq "şəkli çəkməyə” gəlməyiblər, söhbət düşmənə yüksək döyüş qabiliyyətinin göstərilməsindən gedir. O düşmənə ki, Azərbaycan ərazilərinə Dağlıq Qarabağdan deyil, sərhəddən hücum edərək 30 illik işğalının sonunu başladıb”.

Sfera.az xəbər verir ki, bunu jurnalist Aygün Muradxanlı deyib.

Onun sözlərinə görə, ötən həftə iki qardaş ölkənin ordularının birgə təlimləri üçün Azərbaycana gələn Türkiyə şahinlərinin İrəvanın 56 kilometrliyinə qədər yaxınlaşması artıq İrəvana da, Moskvaya da təlimlərin sadəcə, orduların döyüş qabiliyyətini yüksəltmək üçün olmadığını, işğal edilən torpaqların azad edilməsi üçün birgə addımlara hazırlıq xarakteri daşıdığını göstərib:

"Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi ordu generalı Yaşar Gülər Türkiyə Ordusunun yüksək rütbəli geniş zabit heyəti ilə bərabər Azərbaycana gəliblər. Rəsmi xəbərlərdə bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyiblər. Azərbaycan cəmiyyəti, xüsusilə milliyyətçilər illərdir iki ölkə arasında hərbi işbirliyinin ən yüksək mərhələyə çatdırılması, Türkiyənin Azərbaycanda hərbi baza qurması fikrini müdafiə edirlər. Bu münasibətlərin konfederasiya yaradılmasına qədər dərinləşməsi tərəfdarlarının da sayı getdikcə çoxalmaqdadır. Elə bu səbəbdəndir ki, Türkiyə Silahlı Qüvvələri heyətinin Azərbaycana gəlişi böyük coşğu ilə qarşılanıb və ölkənin köhnə bağlarının birdəfəlik qırılmasının tərəfdarı olan hər kəs Türkiyə Ordusunun Azərbaycanda qalmasını arzulayır”.

A. Muradxanlının fikrincə, real durumun təhlili onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq birliyin uzun və nəticəsiz sülh təşəbbüsləri ilə deyil, real hərbi dəstəyə arxalanaraq güc yolu ilə xilas etmək mümkündür:

"İki ölkə arasında bir zamanlar sadəcə milliyyətçilərin müdafiə etdiyi fikirlərin bu gün siyasətin də gündəmini ələ alması hərbi işbirliyinin dərinləşməsi üzrə qəti qərarların zamanının çatdığı gerçəyini ortaya çıxarıb. Hulusi Akar və Yaşar Gülərdən cəmi 2 gün öncə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Ankarada idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə konkret hansı qərarların müzakirə edildiyi bəlli olmasa da, cəmi bir neçə saat sonra Türkiyə Silahlı Qüvvələrinin ən yüksək heyətlə geniş tərkibdə Azərbaycana gəlməsi yaxın günlərdə böyük gözləntilərin gerçəkləşəcəyinə ümidləri artırıb”.

Jurnalist bildirib ki, ölkəmiz üçün gərgin məqamda Türkiyənin Azərbaycanın yanında olması Türkiyə Cümhuriyyətinin strateji məqsədlərinə uyğun addım olmaqla yanaşı, həm də tarixi gələcəyin davamıdır:

"1918-ci ildən sonra ilk dəfə Azərbaycan və Türkiyə (1918-ci ildə Osmanlı) arasında hərbi əməkdaşlıq bu qədər yüksək mərhələyə qədəm qoyub. Ərazisində və sərhədlərində yaradılan təhdidləri hərbi qüdrəti ilə dəf etməyi bacaran Türkiyə indi sadəcə, birbaşa təhlükə gözlədiyi bölgələri deyil, bütün regionu nəzarəti altına almağa hazırlaşır. Tarix sübut edir ki, bu, yalnız bir dövlətin istiqrarı və yüksəlişi üçün deyil, bölgənin təhlükəsizliyi və sabitliyi üçün atılan addımdır. Azərbaycan öz torpaqlarını azad etmək üçün indiyə qədər sülh prosesinə sadiq qalıb. Ermənistan, eləcə də ATƏT-in Minsk Qrupunun sözdə Dağlıq Qarabağ savaşının bitməsinə çalışan həmsədr ölkəsi Rusiya isə sülh missiyasından uzaq olduqlarını dəfələrlə sübut ediblər. Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana böyük miqdarda silah-sursat verməsi düşmənin hər zaman tətikdə olduğundan, hər an hücuma keçə biləcəyindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında regiona böyük miqdarda silah-sursatın gəlişindən narahatlığını açıq ifadə etməsini də bu kontekstdə dəyərləndirmək gərəkdir.

Sarıqamışda biz bir millət kimi vuruşmuşuq, 1918-ci ildə Naxçıvandan Bakıya, Lənkərandan Qubaya qədər bir döyüşmüşük. Qurtuluş Savaşında malı və canı ilə Türkiyə Cümhuriyyətinin yardımına gedən birinci ölkə Azərbaycan olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yenidən yaradılan ordusunun qurulmasında Türkiyə Silahlı Qüvvələrinin zabitləri iştirak edib. 1992-93-cü illərdə Qarabağda, Ermənistan-Azərbaycan sərhədində aktiv hərbi əməliyyatlar baş verən zaman Türkiyə Silahlı Qüvvələrinin zabitləri ilə yanaşı, milliyətçi-ülkücü cameənin yüzlərlə üzvü bizimlə çiyin-çiyinə döyüşüb. Ordularımıza yeni, birgə qələbə tarixləri qismət olsun. Bölgənin sabitliyi və dövlətlərimizin yüksəlişi naminə xoş gəlişlər ola, paşalar”.

Qeyd edək ki, avqustun 13-də Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin "Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün təlim poliqonuna gəliblər.


OXŞAR XƏBƏRLƏR

Dəfn mərasimində iştirak edənlər məsuliyyətə cəlb olundu

 Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilə...

Vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edildi - FOTO

 Uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat edən tanınmış meyxanaçı Vüqar Paşayev (Vüqar Biləcəri) Biləcəri qəbiristanlığında dəfn edilib. Sfer...

Bakıda 551 küçə dezinfeksiya edildi - FOTO

 Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 əd...

Vüqar Biləcəri Hökməli qəbristanlığında dəfn olunacaq - FOTO

  Tanınmış meyxanaçı Vüqar Biləcəri Hökməli qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq. Sfera.az xəbər verir ki, bu barədə meyxanaçının yaxınla...

Sumqayıtda avtobuslarda maska taxmayanlar cərimələndi - FOTO

 Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şə...

Polis Bakıda obyektlərə nəzarəti gücləndirib - FOTO

Paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶əməliyyat-profilaktik,...