Türkiyəli vunderkind \"Real\"a transfer oluna bilər

Türkiyəli vunderkind \
"Roma"nın türkiyəli futbolçusu Cengiz Ünder mövsümün sonunda komandasını dəyişə bilər. Avropanın bir neçə nəhəng klubu onun xidmətində maraqlıdı.

22 yaşlı yarımmüdafiəçi hazırda konkret olaraq "Real", "Arsenal", "Çelsi", "Mançester Yunayted" və "Bavariya"nın transfer gündəmindədi. Futbolçunun meneceri Fali Ramadani onun gələcəyini müzakirə etmək üçün "Roma" idman direktoru Massara ilə görüşüb. Menecer Türkiyə millisinin üzvünün illik 800 min avro olan maaşının ikiqat artırılmasını tələb edib. Onu komandada saxlamaq niyyətində olan "canavarlar" bu tələbi müsbət qarşılayıb.

Qeyd edək ki, Cengiz Ünderin "Roma" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

OXŞAR XƏBƏRLƏR