Türkiyəli professora ağciyər köçürüldü: “Gələn il öləcəkdim”

Türkiyəli professora ağciyər köçürüldü: “Gələn il öləcəkdim”

Beş il ömrü qalan həkim ağciyər transplantasiyası ilə sağlamlığına qovuşub.

Sfera.az medicina.az-a istinadən bildirir ki, Türkiyəli  professor Ender Kazazoğlu 2011-сi ildə böyrəklərindəki ağrı ilə bağlı müayinə olunub. Bu zaman həkimdə idiopatik fibroz xəstəliyi (səbəbi bilinməyən ağciyər sərtləşməsi) aşkarlanıb. Həkimlər ona 5 il ömrü qaldığını bildirib. Tək çarənin ağciyər köçürməsi olduğunu bildiriblər.

Həkim, xəstəliyi irəlilədikcə tənəffüs almaqda çətinlik çəkməyə başladığını bildirib. Onun sözlərinə görə, həyatının ilk şokunu 5 il ömrünün qaldığını eşidəndə yaşayıb. İlk iki ili o,  tənəffüs aparatı vasitəsilə nəfəs almasını təmin edib.

İşə gedib gəlməkdə, hətta yeriməkdə belə çətinlik çəkən həkim xəstəliyinin çarəsi ilə maraqlanmağa başlayıb. O, Vyana şəhərindəki bir xəstəxanada  30 ildir ağciyər nəqli ilə məşğul olan professorla tanış olub. Transplantasiya üçün növbə alan həkimin şansı gətirib. Belə ki, 3-5 ay gözlədikdən sonra ona uyğun donor tapılıb.  2014-cü ildə Vyanada həmin xəstəxanada 9 saatlıq əməliyyatla ona ağciyər köçürüblər.  


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...