Türkiyəli məşhurlardan Azərbaycana dəstək paylaşımları

Türkiyəli məşhurlardan Azərbaycana dəstək paylaşımları
 

Türkiyənin məşhur simaları ötən gündən Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlərdən yazıblar.

Sfera.az  xəbər verir ki, tanınmış incəsənət nümayəndələri paylaşımlarında hər zaman Azərbaycanı dəstəklədiklərini bildiriblər.

Müğənni Mustafa Ceceli: "Vaxtı gəldi, Allah zəfər nəsib etsin”.

 

Aparıcı Seren Serengil: "Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin”.

Aktyor Oktay Kaynarca: "Türkiyə daim Azərbaycanın yanındadır”.

Aktrisa Tuvana Türkay: "Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Müğənni Ebru Yaşar: "Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq”.

Müğənni Alişan: "Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün”.

Bundan əlavə, aktyor Haluk Bilginer, müğənnilər Demet Akalın, Seda Sayan, Serdar Ortaç da instaqram səhifələrində dəstək paylaşımı ediblər. 


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...