Türkiyəli məşhur Röyadan yazdı: \"Həyatımda yeni bir dəli\" - FOTO

Türkiyəli məşhur Röyadan yazdı: \

 

Azərbyacanın sevilən xanım sənətçisi Röya Ayxanın Türkiyədə yeni klip çəkdirdiyi haqda xəbər vermişdik.

Milli.Az-ın məlumatına görə, azərbaycanlı "ulduz" sosial şəbəkə hesabında çəkilməkdə olan yeni klipinin rejissoru Nihat Odabaşı haqda maraqlı bir paylaşımla diqqət çəkib:

"Həmişə səni düşündüm, amma uzaq durdum, çünki biz ola bilmərik. O, daha burnu yuxarı biri, mən onunla iş edə bilmərəm dedim. Amma belə bir söz var: "Böyük loxma ye, böyük danışma". Sözlərimi geri götürürəm. Bu gün özümə yaxşı yoldaş və yaxşı qardaş tapdım. Bu arada, bu kadrı çox sevirəm!!! Bu yola öz fikrimlə çıxmadım, yaxşı insanlarla addımladım və həmişə mənə inandılar, bu da mənə güc verdi. Bu yolda yanımda olan hər kəsə təşəkkür edirəm".

Müğənninin bu paylaşımına cavab olaraq, məşhur klipmeyker cavab şərhini yazıb. Nihat Odabaşının bu şərhi Röyanın Türkiyə şou-biznesində getdikcə möhkəmlənən mövqeyinə işarədir desək yanılmarıq:

"Həyatımda yeni bir dəli. Bəlli ki, uzun qalacaq".


OXŞAR XƏBƏRLƏR