Türkiyəli məşhur aparıcıda koronavirus aşkarlandı
Dünya
16:15 / 04.04.2020
4031
Türkiyəli aparıcı, müğənni Əsra Balamir koronavirusa yoluxub.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu jurnalist Bilal Özcan deyib.
Məlumata görə, Əsra Balamir daha öncə dostunda koronavirus aşkarlandığını və bu səbəbdən onun da testdən keçdiyini bildirmişdi.
Qeyd edək ki, aprelin 3-nə olan bilgiyə görə, Türkiyədə ümumilikdə 20 mindən çox insanda koronavirusa yoluxma faktı qeydə alınıb. Ölkədə virus qurbanlarının sayı 425 nəfərdir. 500-ə yaxın xəstə isə sağalaraq evə buraxılıb.