Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib - VİDEO

Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib - VİDEO
 

Azərbaycanda səfərdə olan Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində şəhid olmuş general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər.

Baku TV xəbər verir ki, türkiyəli həkimləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli müşayiət edib.

 

Dərnəyin sədr müavini Həsən Yavuzhan Baş və dərnəyin üzvü Xalid Gökalp Küçük şəhidin anası Səmayə Həşimovaya və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, şəhid anasına Türkiyə bayrağını hədiyyə ediblər.

Şəhid anası bayrağı qəbul edərək öz ehtiramını bildirib, Türkiyə xalqının və hökumətinin hər zaman Azərbaycanın yanında olmasından qürur duyduğunu deyib.

Birliyin sədri Emin Həsənli hər zaman Azərbaycan hərb həkimləri ilə bərabər savaşlarda olmağa hazır olduqlarını bildirib. Milliyyətçi Həkimlər Dərnəyinin sədr müavini Həsən Yavuzhan Baş Polad Həşimovun vətəni üçün etdiklərini yüksək qiymətləndirib.

Həkim Xalid Gökalp isə Azərbaycan - Türkiyə qardaşlığı üçün əllərindən gələni etməyə hər zaman hazır olduqlarını deyib.

Türkiyəli həkimlər səfər çərçivəsində digər şəhid ailələrini də ziyarət edəcək, döyüş bölgələrində və hərbi hissələrdə olacaqlar.

Onlar Qurban bayramı münasibətilə Tovuz rayonunun Ağdam kəndində əhali ilə görüş keçirəcəklər.


OXŞAR XƏBƏRLƏR

Abşeronda bu qədər ərazi suvarıldı - VİDEO

 Bu mövsüm Abşeronda 18400 h ərazi suvarılıb Bu mövsüm Abşeron magistral su kanalı vasitəsilə18 min 400 h ərazi suvarılıb.   Sfera.az xəbər verir ki...

Baş Prokurorluq onların görüntülərini yaydı - VİDEO

 "14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin edilib”. Sfera.az xəbər verir ki, bu barədə Baş Pro...

Parklanmaya görə cərimələr qayıdır

Bakıda parklanmanı pozanlar kameralar vasitəsilə yenidən cərimələnəcək.   Sfera.az xəbər verir ki, bu barədə BNA rəsmisi Mais Ağayev məlumat verib. &n...

Əlillik təyinatında yenilik

  Nazir müavini: "Hər qüsura əlillik demək olmaz" Sfera.az "Real TV"yə istinadən xəbər verir ki, əlilliyin təyinatı ilə bağlı nazirlik tərəfindən ye...

Pandemiya dövründə dəmiryolu ilə yükdaşımaların vəziyyəti - VİDEOMÜZAKİRƏ

  Qlobal bəlaya çevrilən pandemiya öz mənfi təsirini ilk növbədə ölkələrarası və ölkədaxili sərnişindaşımalarda göstərdi. Ölkələr arasında xarici ticarət ...

Çimərlik ərazisindən istifadə qaydaları açıqlanıb - VİDEO

 COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslər üçün yeni qaydalar açıqlanıb. ...