Türkiyəli ekspert: "Azərbaycan Ordusu dünyanın qabaqcıl orduları ilə rəqabətə girəcək potensialdadır" - MÜSAHİBƏ

Türkiyəli ekspert:
 

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, Yeditepe Universitetinin Hüquq fakültəsinin professoru Mesut Hakkı Caşın 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ərəfəsində "Report"un Türkiyə bürosuna müsahibə verib.

- Son illər Azərbaycan Ordusunda baş verən müsbət dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Azərbaycan Silahlı Qüvvələri çox qısa zamanda Xəzər regionunda güclü, modern orduya çevrilib. Bu ordu müstəqil, suveren Azərbaycan dövlətinin ərazi bütövlüyünü və xalqının rifahını qorumaqla yanaşı, güclü hərbi hava qüvvələrinə də sahibdir. Bu gün Azərbaycan Ordusunda çox yaxşı hərbi təhsil almış hərbçilər xidmət edir. Azərbaycan Silahlı Qüvvələrinin yüksək atış sürətinə, dəqiqliyə və çox böyük məhvetmə gücünə malik silah və texnikaları var. Məhz güclü ordu amili Azərbaycanın qısa zamanda Qafqazın, Xəzər regionunun enerji təhlükəsizliyində və bölgədə sülhün təmin edilməsində çox böyük strateji əhəmiyyətə sahib olmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusilə son illərdə yüksək əhval-ruhiyyəyə sahib, özünə inanan və sözün əsl mənasında dünyanın qabaqcıl orduları ilə rəqabətə girəcək potensiala sahib Azərbaycan Ordusu qurulub. Bu ordu modern hərbi təyyarələr, tanklar, toplar, raketlər, silah-sursatlar, radarlar, zirehli texnikalar, transportyorlar və döyüş gəmiləri ilə təchiz olunub. Bu gün Azərbaycanın sözün əsl mənasında güclü ordusu və hərbi sisteminin mövcud olduğunu əminliklə deyə bilərik.

- Hazırda Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq hansı səviyyədədir? Bu əməkdaşlığın daha da inkişafı üçün nə təklif edirsiniz?

- Azərbaycan və Türkiyə iki qardaş ölkədir. Ankara və Bakı arasında hərbi əməkdaşlıq sahəsində iki ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyində çox böyük irəliləyiş əldə edilib. Bu ittifaq yüz il öncə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Bakını erməni-bolşevik silahlı dəstələrindən təmizləməsi kimi tarixi əhəmiyyətə sahibdir. Bu da şəhidlərin qanı ilə yazılan bir ittifaq anlayışına sahib olub tarixdə də dünəndən sabaha hər zaman qorunub saxlanacaq. Bir sözlə, Bakının azadlığı Ankaranın müstəqilliyi deməkdir. Bu gün iki ölkənin hərbçiləri müdafiə sənayesində birgə layihələrə imza atır, təlimlər keçir, eyni zamanda yeni silah-sursat və texnikaların istehsalı üçün fəaliyyət göstərirlər. Mən Türkiyə Hərbi Hava Qüvvələrində xidmət etdiyim müddətdə Azərbaycan hərbi pilotlarının yetişdirilməsində rolum olub. Bu istiqamətdə fəaliyyətim yenə də davam edir. Hazırda Türkiyə Milli Müdafiə Universiteti nəzdindəki Hərbi-Hava Akademiyasında zabitlərə dərs keçirəm. Onların arasında azərbaycanlılar da var və onları tanıdığım üçün xöşbəxtəm. Fikrimcə, Azərbaycan Ordusu bu cür gənclərlə gələcəyin ən güclü ordusunu yetişdirir. Azərbaycan Ordusunun qurulmasında iştirak edən bir zabit olaraq iki ölkənin ortaq hərbi təlimləri ilə hər zaman savaşa hazır olduğunu deyə bilərəm. Türkiyə xalqı Azərbaycan Ordusunun ay-ulduza sahib bayrağı Xəzərdə, Qara dənizdə yüksəltməsindən qürur duyur.

- Son dövrlər Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün ssenari kimi görünür. Belə olan halda Azərbaycan Ordusunun potensialını necə dəyərləndirirsiniz?

- Azərbaycan dövləti Ermənistanın işğal etdiyi əzəli torpaqlarından çıxması üçün hüquqi və diplomatik yollara baş vurur. Ancaq Ermənistan təcavüzkar siyasətindən əl çəkməyərək atəşkəsi pozur. Mən hesab edirəm ki, bölgədə sülh və istiqrar hər kəsin faydasınadır. Bu baxımdan Azərbaycan dövlətinin torpaqlarını işğaldan azad edərək qısa zamanda ərazi bütövlüyünə qovuşması Qafqazda sülhün və istiqrarın təmin olunması üçün vacibdir. Bu səbəbdən də Azərbaycanın güclü ordusunun mövcudluğu həm özü, həm də Türkiyə üçün çox böyük əhəmiyyətə malikdir. Mən Azərbaycan Silahlı Qüvvələrinin gücünə inanıram və bu ordudan hər zaman qələbə xəbərini gözləyirəm. Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı, yaşasın iki qardaş ölkənin güclü ordusu!


OXŞAR XƏBƏRLƏR

“İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir”

  Son zamanlar kommersiya bankları tərəfindən ipoteka kreditlərinin rəsmiləşdirilməsi istiqamətində böyük işlər görülür. Kommersiya bankları İpoteka və Kr...

Tanınmış həkim: “Bioloji olaraq kişi çox qadınla cinsi əlaqəyə girməlidir, qadın isə biri ilə” - MÜSAHİBƏ

Vasif İsmayıl: "Kimisə sataraq professor olublar” "Dini inanc çox vaxt insanın əxlaqsız tərəflərini qabardır” Tanınmış androloq-uroloq Vasif İsmayıl Mo...

Kürəyindən vurulan Milli Qəhrəman - FOTOLAR

 "Qardaşım nizami tabordan daha güclü könüllü taboru yaratmışdı. O, pərakəndə formada yaranmış məhəllə dəstələrini birləşdirə bilmişdi. Ramizə o qədər inan...

Ülvi Quliyev : "Uğurumuz "Biz birlikdə güclüyük!" devizi ilə yola çıxmağımızdır " - MÜSAHİBƏ

 Milli Məclisin Gənclər və İdman və Səhiyyə Komitələrinin üzvü deputat Ülvi Quliyev sabahinfo.az saytına müsahibə verib. Müsahibəsində əsas diqqəti COVID-1...

Azərbaycanda bu qədər adam koronavirusa yoluxacaq - 2021-Cİ İLƏ QƏDƏR...

Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayılın koronavirusla bağlı Redaktor.az-a maraqlı müsahibə verib. O, bir çox məqamlara aydınlıq gətirib. ...

“Xalq böyükdən kiçiyə müharibəyə hazırdır” - MÜSAHİBƏ

 Bəhruz Məhərrəmov: "Xalqın ümid yeri Silahlı Qüvvələrimizdir və hər kəs Ali Baş Komandanın VUR əmrini gözləyir”   Bu gün Azərbaycanın Silahlı Qü...