Türkiyəli alimlərdən xərçəng xəstələrinə ŞAD XƏBƏR

Türkiyəli alimlərdən xərçəng xəstələrinə ŞAD XƏBƏR
Almaniyada koronavirusa qarşı peyvənd hazırlayan biotexnoloji şirkət "BioNTech”in qurucusu, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci yeni hazırladıqları peyvənd barədə açıqlamalar veriblər.

Sfera.az-ın məlumatına görə, Uğur Şahin bildirib ki, mRNA texnologiyası ilə hazırlanacaq xərçəng peyvəndindən ümidverici xəbərlər var:

"İnanıram ki, xərçəng tezliklə vaksinlərlə müalicə edilə bilər. 20 ildən çoxdur ki, kök hüceyrələrlə işləyirik və bu texnologiya ilə bağlı məlumatlara sahibik.

Dörd il əvvəl bir araşdırma yayınladıq və melanoma xəstələri üzərində araşdırmalar apardıq. İndi də yüzlərlə xəstə ilə sınaqlara başlamışıq. Bu testlərin nəticələrini gələn il və ya 2023-cü ildə alacağıq. Bu nəticələr müsbət olarsa, ilk xərçəng peyvəndlərinin təsdiqlənməsi 2, 3 və ya 4 il ərzində tamamlana bilər.

Xəstələr sağalırlar, ancaq xəstəlik 2-3 il ərzində metastaz verir. Burada etmək istədiyimiz şey xərçəng xəstələrinin yenidən xəstələnməsinin qarşısını almaqdır”.
 
(oxu.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Siqareti tərgitmək üçün 3 super metod - Süddə isladıb...

Siqaret ağciyər və digər orqan xərçənginin əsas səbəblərindən biridir. İnsan siqareti tərgitdikdən sonra 10 il ərzində ağciyərləri bərpa olur. Bəziləri iradə...

Əməkdar artistin halı pisləşdi, efirə çıxa bilmədi

Əməkdar artist Cabir Abdullayevin səhhəti pisləşib. Sfera.az xəbər verir ki, ARB TV-yə gələn zaman xanəndə özünü pis hiss edib və verilişə çıxa bilməyib. ...

"Omicron" bu sürətlə yayılmağa davam edərsə... - Tanınmış həkimdən xəbərdarlıq

"Virusun yayılma gücü nə qədər çox olarsa,  öldürücülük qabiliyyəti zəifləyir”.   Sfera.az bildirir ki, bunu tanınmış anestezioloq-reanimatoloq Şahi...

Bu virus 6 ay ərzində dünyaya yayılacaq – Tanınmış həkimdən bədbin proqnoz

"Omicron” ştamı ən tezi üç, ən geci altı ay ərzində bütün dünyaya yayılacaq.  Sfera.az CNBC-ə istinadən bildirir ki, bu haqda sinqapurlu tanınmış hək...

"Omikron" ştamının əsas əlaməti AÇIQLANDI

"Ağır yorğunluq Omikron ştamının əsas əlamətlərindən biridir”. Sfera.az xəbər verir ki, bunu Lomonosov adına Moskva Dövlət Universitetinin endokrinoloqu Z...

Bu peyvənd "Omicron"a qarşı 90 faiz effektivdir - Tibb elmləri doktoru açıqladı

"İsraildə ilkin müşahidələr onu deməyə əsas verir ki, "BionTech” "Omicron"a qarşı təxminən 90% effektivlik göstərir”.   Sfera.az bildirir ki, bunu Almani...