Türkiyəli aktrisa atasını həbs etdirdi - TƏCAVÜZƏ GÖRƏ
Sfera.az xəbər verir ki, ötən gün aktrisa öz atası tərəfindən təcavüzə məruz qaldığını deyib. Qısa müddət ərzində Melisaya dəstəklər gəlib.
Bəlli olub ki, aktrisa hadisəyə görə psixoloji yardım da alıb. Döngelin atası isə tutularaq həbsxanaya göndərilib.
Digər türkiyəli məşhurlar aktrisaya ürək-dirək veriblər. Aktyor Kerem Bürsin hadisə ilə bağlı danışarkən hər zaman Melisanın yanında olduğunu vurğulayıb. Aktrisa Dəfnə Samyeli "Güvəni valideynlərimizdən alırıq, ya da almırıq. Belə bir travmadan sonra həyata bağlanan, balaca bacısına həm ana, həm ata olmaq üçün çalışan Melisanın gücünü alqışlayacağımız günləri həyəcanla gözləyirəm”, deyə qeyd edib. Həmçinin aktrisa Başak Gümülcinelioğlu, Neslihan Yeldan və başqaları da Melisaya dəstək olanlar sırasında olub.
Qeyd edək ki, M.Döngəl bacısının vəlayəti üçün həbsxanada olan atasını məhkəməyə verib.
Türkan
Sfera.az