Türkiyədən TB2 Bayraktar PUA-ları alan Qırğızıstandan AÇIQLAMA: \"İşğal cəhdinə cavabımız çox sərt olacaq”

Türkiyədən TB2 Bayraktar PUA-ları alan Qırğızıstandan AÇIQLAMA: \
Türkiyə daha bir ölkəyə TB2 Bayraktar PUA-ları satıb.
 
Sfera.az bildirir ki, bu dəfə sözügedən ölkə Qırğızıstan olub. Belə ki, Qırğız Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri general Kamçıberk Taşıyev Türkiyədən aldıqları PUA-ların yaxın zamanlarda təhvil veriləcəyini deyib.

O, jurnalistlərə açıqlamasında Qırğızıstanın ilk dəfə olaraq Türkiyədən 40 ədəd zirehli maşın və "Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) tədarük edəcəyini bildirib. 

"40 zirehli maşın üçün dövlət büdcəsindən təxminən 300 milyon som (3,5 milyon dollar) ayrılıb. Hazırda Türkiyədə bizim üçün Bayraktar PUA-ları hazırlanır. Bu silahlardan dünyada 5 ölkədə var. Bunlarda biri də bizim ölkə olacaq”, - deyə Taşıyev əlavə edib. Komitə sədri, eyni zamanda Rusiyadan əsasən kəşfiyyat üçün nəzərdə tutulan "Orlan-10” PUA-ları alındığını açıqlayıb.

Qırğızıstan prezidenti Sadır Caparov isə avadanlıqların yenilənməsinin heç bir münaqişəyə hazırlıq olmadığını vurğulayıb: 
"30 ildə heç kimlə münaqişəyə başlamamışıq. Əlimizdə silahla başqa torpaqları işğal etməmişik və etməyəcəyik. Lakin torpaqlarımızın işğal edilməsi cəhdi olarsa, cavab sərt olacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR