Türkiyədən ordumuza yeni texnikalar gətirilib - VİDEO

Türkiyədən ordumuza yeni texnikalar gətirilib - VİDEO
 Hərbi infrastrukturun yenilənməsi işlərinin daha keyfiyyətlə aparılması məqsədi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına xüsusi tikinti-inşaat texnikaları gətirilib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən ötən ildən başlayaraq qardaş ölkədən Naxçıvan Muxtar Respublikasına yeni texnikaların gətirilməsinə başlanılıb. Tədbirlərin davamı olaraq yeni texnikaların növbəti hissəsi Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.

Əlahiddə Ümumqoşun Orduda hərbi quruculuq, tikinti-inşaat və yol tikintisində istifadə olunması üçün qardaş Türkiyə Respublikasından yeni texnikalar gətirilərək istifadəyə verilib. Təhvil verilən texnikalar müasirliyi və öz texniki xüsusiyyətləri ilə seçilir. Bu da quruculuq işlərinin tez bir zamanda və daha keyfiyyətlə görülməsinə şərait yaradacaq.

Türkiyə Respublikasında "Mercedes-Benz"in təmsilçi və idxal şirkəti olaraq qurulmuş "Koluman Holdinq" şirkətlər qrupu tərəfindən tamamilə alman avtomobil sənayesi standartlarına uyğun istehsal olunan tikinti texnikaları yüksək keyfiyyəti ilə seçilir.

Davamlılığı, yanacağa qənaəti və rahatlığı ilə fərqlənən sementdaşıyan, betonnasos, betonqarışdıran və asfalt-beton daşıyan maşınlar sürücünün və nəqliyyat vasitələrinin təhlükəsizliyinə önəm verilməklə istehsal olunub. "Koluman Holdinq" şirkətlər qrupunun zavodlarında Cənubi Koreya Respublikasının istehsalçısı "JunJin" şirkəti ilə birgə istehsal olunan betonnasos öz keyfiyyəti ilə fərqlənir. Müasir dizayn və texnologiyalı bu maşınlar Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işlərinin və yol infrastrukturunun yenilənməsinin daha keyfiyyətlə aparılmasına imkan yaradacaq.

İnşaat sahələrində çətin şərtlər üçün istehsal edilmiş, gücü və möhkəmliyi ilə seçilən bu texnikalardan əlavə yolxətləyən maşın və qoşqular da istifadəyə verilib. Türkiyə Respublikasının "Agri Rosso" firması tərəfindən istehsal edilən qoşqular keyfiyyəti və müasirliyi ilə daşınma və yardımçı təsərrüfat işlərini daha da asanlaşdıracaq.

Əlahiddə Ümumqoşun Ordunun təminatına qardaş Türkiyə Respublikasının milli istehsalı olan texnikaların verilməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğundan xəbər verir.



OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...