Türkiyədən növbəti addım: idmançıları da Azərbaycanı dəstəklədi

Türkiyədən növbəti addım: idmançıları da Azərbaycanı dəstəklədi
İşğal edilmiş torpaqların azad olunması üçün Qarabağda döyüş əməliyyatları başladığı gündən indiyədək Türkiyənin müxtəlif bölgələrindən Azərbaycana dəstək tədbirləri keçirilir. Bu dəfə Düzcə Hava İdman Klubunun üzvləri səmada Azərbaycan bayrağı dalğalandıraraq dəstək nümayiş etdiriblər.

Sfera.az xəbər verir ki, klub üzvlərinin həftəsonu keçirilən yarışları Azərbaycana həsr olunub.

Pilotlar Azərbaycan bayrağını dalğalandırıblar. Pilot Avnİ Uzun deyib ki, bu dəfəki tədbir digərlərindən fərqlənir. Belə ki, Azərbaycana dəstək olduqlarını ifadə etmək üçün Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağını da dalğalandırmaq qərarına gəliblər: "Bununla Azərbaycandakı qardaşlarımıza dəstək olmağımızı çatdırmaq istəyirik. Bütün qəlbimizlə onlara dua edirik”.

Klubun rəhbəri Beçhan Esen isə deyib ki, idman klubu olaraq Azərbaycanın yanındadırlar. Türkiyənin milli futbol komandasının, həmçinin "Qalatasaray” klubunun keçmiş hücumçusu Ümid Karan da Azərbaycana dəstək mesajı göndərib. 44 yaşlı idmançı bildirib ki, Türkiyə bir dağ kimi Azərbaycanın arxasındadır.

OXŞAR XƏBƏRLƏR

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...