Türkiyədən ev alan azərbaycanlıların sayı artıb

Türkiyədən ev alan azərbaycanlıların sayı artıb
Türkiyə Statistika Təşkilatı 2021-ci ilin sentyabrında mənzil satış rəqəmlərini açıqlayıb. 

Sfera.az qurumun məlumatına istinadən bildirir ki, ötən ay Türkiyə üzrə 147 143 ev satılıb. Bir əvvəlki ilin eyni ayına nisbətən satılan evlərin sayı 7,6% artıb.

Statistik məlumatlara əsasən, evlərin 4,5 faizini əcnəbilər alır. Sentyabrda əcnəbilərə mənzil satışı ən yüksək həddə çatıb. Əcnəbilərə mənzil satışı sentyabrda ayında əvvəlki ilin eyni ayına görə 25,8 faiz artaraq 6 min 630 olub. Əcnəbilərə ev satışlarının ümumi ev satışlarında payı 4,5%təşkil edib. 

Əcnəbilərə ev satışında 2 min 995 ev satışı ilə İstanbul birinci yeri tutub. İstanbulu 1358 satışla Antalya, 408 satışla Ankara izləyib. 

Ölkələr üzrə ən çox evi İran vətəndaşları alıb. İranlılar Türkiyədən 1 323 ev alıb. İran vətəndaşlarını 990 evlə İraq vətəndaşları, 540 evlə Rusiya vətəndaşları izləyib.
Azərbaycan vətəndaşları isə sentysabrda Türkiyədən 162 ev alıb. Ölkəmiz sıralamada 8-ci yerdə olub. 

Azərbaycanlılar avqustda 138 ev almışdı. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR