Türkiyədən erməni cinayətləri ilə bağlı hesabat

Türkiyədən erməni cinayətləri ilə bağlı hesabat
Bərabərlik Təşkilatı (TİHEK) işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər barədə hesabatını təqdim edib.

Sfera.az xəbər verir ki, TİHEK-in Qarabağda İnsan Haqları Müşahidə Qrupu tərəfindən hazırlanan hesabatın təqdimat mərasimində Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, diplomatlar, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatının sədri Məhərrəm Kılıç TİHEK-in Qarabağda İnsan Haqları Müşahidə Qrupunun təxminən bir illik müddəti əhatə edən araşdırma missiyasının nəticələri və onun əhəmiyyəti barədə geniş məlumat verib.

Sonra Ankara Yıldırım Bəyazit Universitetinin professoru Yücəl Acər hazırlanan hesabatın istiqamətlərindən danışıb. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan Birinci Qarabağ savaşında olduğu kimi, Vətən müharibəsində də münaqişələr haqqında beynəlxalq hüququn bütün istiqamətlərinə dair qaydaları və tələbləri, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının tələblərini məqsədli şəkildə pozub – müharibə cinayətləri törədib, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, həmçinin fosforlu bombalardan istifadə edib, dinc əhalini və mülki obyektləri qəsdən hədəf alıb. Bildirilir ki, mövcud vəziyyətdə ən təhlükəli cinayət işğaldan azad olunan ərazilərdə basdırılan minaların xəritələrinin Azərbaycana verilməməsidir.

Hesabatda diqqətə çatdırılır ki, bölgədə uzunmüddətli sülhə nail olmaq üçün Ermənistan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl edərək, öhdəliyinə sadiq qalmalıdır.

Hesabatın təqdimatından sonra ombudsman Səbinə Əliyeva mükəmməl araşdırmaya və beynəlxalq əhəmiyyətli sənədə görə TİHEK-in rəhbərliyinə, həmçinin təşkilatın Qarabağda İnsan Haqları Müşahidə Qrupunun üzvlərinə səmimi minnətdarlığını ifadə edib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Qələbəni, tarixi ədalətin bərpa olunmasında Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstəyi xatırladan ombudsman Səbinə Əliyeva əminliklə vurğulayıb ki, təqdim olunan hesabat yalnız Ermənistanın cinayətlərini deyil, eyni zamanda, haqq və ədalətin necə çətinliklə öz yerini tutduğunu gələcək nəsillərə olduğu kimi çatdıracaq.

Çıxışlarda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və bunun nəticəsində ortaya çıxan işğal faktı, dövlətimizin bu problemi sülh yolu ilə həll etmək üçün göstərdiyi səylərin boşa çıxması, ölkəmizin ərazi bütövlüyü ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri, təcavüzkar tərəfin fasiləsiz olaraq təxribatlar törətməsi və yeni ərazilər işğal etmək cəhdi, nəhayət, işğalçı tərəfin hərbi hücumları nəticəsində baş verən müharibə və Azərbaycanın 44 günlük savaşda qazandığı şanlı Qələbə barədə iştirakçılara müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, təcavüzkar Ermənistan 44 gün ərzində Azərbaycanın dinc insanlarını, mülki obyektləri hədəfə almaqla bəşəri cinayətlər törədib.

Təqdim olunan hesabatdakı faktlar bu cinayətləri törədənlərin beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılması üçün təkzibolunmaz dəlillərdir.

OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...