Türkiyədən acı xəbər: 203 nəfər koronadan öldü
23:12 / 07.12.2020
2966
Türkiyədə son sutka ərzində daha 203 nəfər koronavirusdan dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 15 min 103 nəfərə çatıb.
Qeyd edək ki, indiyədək Türkiyədə 545 min 711 nəfər koronavirusa yoluxub.