Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 111-ə çatdı - Yeniləndi
22:50 / 03.11.2020
7340
Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 109-a çatıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, yaralanan 1 036 sakindən 138 nəfərin müalicəsi davam edir.
***
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 110 nəfərə çatıb.
Sfera.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, xəsarət alanların sayı 1 027 nəfər təşkil edib. Onlardan 883 nəfəri evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanalarda davam edir.
Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.
***
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 111 nəfərə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, hazırda xəstəxanalarda zəlzələdə xəsarət alan 137 nəfərin müalicəsi davam etdirilir.