Türkiyədə vaksinasiya üçün yaş limiti 15-ə endirildi - Dördüncü doza vurulacaq
13:59 / 16.08.2021
1279
Türkiyədə vaksinasiya ilə bağlı yeni qərarlar qəbul olunub.
Sfera.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada koronavirus əleyhinə vaksinasiyada yaş limiti 15-ə endirilib. Bundan başqa 12 yaşdan yuxarı xroniki xəstəliyi olan yeniyetmələr də peyvənd oluna biləcək.
Həmçinin, artıq ölkədə 4-cü doza peyvənd də tövsiyə olunur. Dördüncü doza üçüncü dozadan 21 gün sonra vurulacaq.
Yeni qaydalara əsasən, koronavirus testinin nəticəsi pozitiv çıxan şəxslər test nəticəsindən 3 ay yox, 30 gün keçdikdən sonra vaksinasiya prosesindən keçə bilərlər.
Qeyd edək ki, indiyədək Türkiyədə koronavirus əleyhinə tətbiq edilən peyvəndin hər üç dozası üzrə say 83 milyon 250 mini keçib.
Son 24 saat ərzində 19 min 949 nəfərin test nəticəsi pozitiv çıxıb, 145 nəfər mövcud xəstəlik səbəbilə dünyasını dəyişib.
Əzizə Zeynal
Sfera.az