Türkiyədə terror aktı törədildi: ölü və yaralılar var

Türkiyədə terror aktı törədildi: ölü və yaralılar var
Türkiyənin Hakkari vilayətinin Dərəcik rayonu ərazisində yol inşaatında çalışan işçilər PKK terrorçularının hücumuna məruz qalıblar.

Sfera.az xəbər verir ki, raket atəşi nəticəsində bir işçi ölüb, ikisi yaralanıb.

Milli Müdafiə Nazirliyinin birlikləri isə Hakkarinin Şəmdinli rayonu ərazisində terror hazırlığında olan iki terrorçunun yerini təsbit edərək zərərsizləşdiriblər.

OXŞAR XƏBƏRLƏR